Alternative content

12:58 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziyada Rincani dağından min nəfərdən çox insan təxliyə olunub
İndoneziyada Rincani dağından min nəfərdən çox insan təxliyə olunub
ANA SƏHİFƏ / DÜNYA
12:08 01.08.2018

İndoneziyada Rincani dağından min nəfərdən çox insan təxliyə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Jakarta Post” qəzeti Lombok Milli Parkının rəhbərliyinə istinadla məlumat yayıb.

Milli parkın nümayəndəsinin bildirdiyinə görə, dağdan ümumilikdə 1090 nəfər təxliyə edilib. Parkın rəhbərinin sözlərini sitat gətirən qəzet yazır: “Sonuncu təxliyə bir saat bundan əvvəl həyata keçirilib. Əməliyyat zamanı yeddi nəfər yerli alpinist aşkar olunub. Xilasetmə əməliyyatları sonuncu şəxs təxliyə olunanadək davam etdiriləcək”.

Xatırladaq ki, iyulun 29-da Lombok adasında baş verən 6,4 bal gücündə zəlzələnin yaratdığı torpaq sürüşməsi nəticəsində Rincani dağı rayonunda dağılmış evlərin altından 16 cəsəd çıxarılıb, 100-dən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Əcnəbilər də daxil olmaqla, dağa qalxan yüzlərlə insan torpaq sürüşməsi nəticəsində yamaclarda qalıb. Onların təxliyəsi üçün əməliyyatlara bazar günü başlanıb.

Nəşrin bildirdiyinə görə, zəlzələ vaxtı dağın başında olanların sayı daha çox ola bilər. Belə ki, bir neçə gün əvvəl dağın zirvəsinə qalxanlar enmək üçün kifayət qədər vaxta malik olmayıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM