Alternative content

03:11 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsveçdə kral IX Karlın tacı oğurlanıb
İsveçdə kral IX Karlın tacı oğurlanıb
ANA SƏHİFƏ / DÜNYA
09:08 01.08.2018

İsveçdə kral IX Karlın tacı saxlandığı yerdən oğurlanıb

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, hadisə Stokholmdan 120 km uzaqlıqda yerləşən Strangnas şəhərinin XVII əsrə aid olan kafedral kilsəsində baş verib. Kral IX Karlın dəfnində istifadə edilən əşyalarla və əsası ilə yanaşı, onun və həyat yoldaşı kraliça Kristinanın taclarını da oğurlayıblar.

Yerli jurnalistlər oğurlanan əşyaların çox qiymətli olduğunu qeyd edir.

Şahidlərin verdiyi məlumata əsasən, oğurluğu bir neçə nəfərdən ibarət cinayətkar qrup həyata keçirib. Şahidlər, habelə bildirib ki, oğrular hadisə yerini motorlu qayıqdan tərk ediblər.

Cəmiyyətdə böyük əks-səda doğuran oğruluq hadisəsi ilə bağlı İsveç polisi istintaq işlərinə başlayıb. Yerli polisin rəsmisi Tomas Agnevikin sözlərinə görə, axtarışlar yerdə, suda və havada aparılır.

Polis cinayətkarların gizləndiyi yerin ifşası üçün bütün istiqamətləri yoxlayır.