Alternative content

08:00 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:09 16.09.2012

 

Məhkəmə qərardadı ilə iş üzrə icraatın dayandırılması barədə vəsatətim təmin olunmadı. Həmin qərardaddan şikayət vermək istəyəndə bildirdilər ki, mümkün deyil. Bu, qanunidirmi?

 

Rahib Bəşirov,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 395.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 1) Bu Məcəllədə göstərilən hallarda (395.1.1.); 2) məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.2.). MPM-in 395.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. MPM-in 258.1-ci maddəsinə uyğun olaraq, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 258.2-ci maddəsi ilə iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.

Göründüyü kimi, iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin olunmaması haqqında məhkəmə qərardadından şikayət verilməsi nəzərdə tutulmamışdır. Siz həmin vəsatətinizin təmin olunmamasını qanuni hesab etmirsinizsə, onda MPM-in 395.2-ci maddəsinə əsasən bu barədə dəlillərinizi apelyasiya şikayətinə daxil edə bilərsiniz.

 

Apelyasiya instansiyası məhkəməsində işə hansı müddətdə baxılmalıdır?

 

Elşən Muradov,

Zaqatala rayonu

 

- Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apelyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki  Prosessual Məcəlləsinin 368.3-cü maddəsinə görə qanunda başqa müddət müəyyən edilməyibsə, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Həmin məcəllənin 397.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır.

Göründüyü kimi, qətnamədən verilmiş şikayət əsasında işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində, qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılmalıdır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi