Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

07:14 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baramaçılığın ipək yolu
Baramaçılığın ipək yolu
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 01.08.2018

 

4 ildə barama istehsalı 2 min dəfədən çox artmışdır

 

Son rəsmi məlumata görə, ölkədə yaş baramanın tədarükü 513 tondan çox olmuşdur. Üç il əvvəl isə cəmi 236 kiloqram yaş barama tədarük edən ölkənin qısa zaman kəsimində bu rəqəmi 2 min dəfədən çox artırmasını kənd təsərrüfatında tətbiq edilən şaxələndirmənin uğurlu nəticəsi kimi qiymətləndirmək mümkündür.
Heç bir nəticə asan əldə edilmir. Xüsusən də kənd təsərrüfatının hər hansı bir sahəsində irəli getmək, islahatları reallaşdırmaq üçün böyük biliklərin və müasir təcrübənin tətbiqi zəruridir. Azərbaycan baramaçılarının son 3 ildə qazandıqları nailiyyətlər də müasir dünya təcrübəsinin, dövlətin ciddi maliyyə dəstəyinin və kümçülərə ayrılan xüsusi diqqətin nəticəsidir. Baramaçılıq dünyanın aqrar sektorunda xüsusi imici, bənzərsiz keyfiyyətləri ilə seçilən sahədir. Xalqımız bu məhsulu əsrlər boyu yetişdirmiş, onun şöhrətini göylərə qaldırmışdır. İpək məhsullar milli geyimlərimizin, bayramlarımızın və toylarımızın bəzəyi olmuşdur. Digər tərəfdən, ipək dünyada ən təmiz ekoloji məhsul sayılır. Üstəlik, min hektarlarla çəkilliklərin - tut bağlarının salınması, tingçiliyin inkişafı ekoloji balansı qoruyur, yaşıllıqları artırır. Elə ona görə də ölkəmizə hər il milyonlarla çilingin gətirilməsi ilə yeni yaşıllıqların yaranması, təbii landşaftın qorunması çox mühüm məsələdir. Bunlardan əlavə, baramaqurdlarının inkubasiyası, yemlənməsi və yetişməsi mərhələlərində herbisidlərin və pestisidlərin tətbiqi sıfır səviyyəsindədir. Yəni bu proses başdan-ayağa ekoloji cəhətdən tam təhlükəsizdir.
Dünya bazarına insanların səhhəti və sağlamlığı üçün ziyanlı olan yüzlərlə məhsul çıxarılır. Statistik rəqəmləri nəzərdən keçirəndə görürük ki, bir çox kənd təsərrüfatı məhsulları yetişdirilərkən tətbiq edilən pestisidlər və herbisidlər çoxsaylı ağır xəstəliklərə səbəb olur. Məhz bu baxımdan da barama ən təmiz və nadir ekoloji məhsuldur.
Məlum olduğu kimi, keçən ilin noyabrında təsdiq edilən Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramında ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Dövlət proqramı baramaçılığa dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmişdir.
Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş ötən əsrin 70-ci illərindən başlayır. Yaş barama istehsalı 1970-ci ildə 3,7 min ton, 1975-ci ildə 4,4 min ton, 1980-ci ildə 5 min ton, 1985-ci ildə isə 5,5 min ton olmuşdu. O illərdə Elmi-Tədqiqat İpəkçilik İnstitutu, damazlıq stansiyaları, barama toxumu zavodları, rayon barama qurutmaxanaları, ipəkçilik idarələri, tingçilik təsərrüfatları və emal müəssisələri vahid kompleks şəklində 60 rayonda fəaliyyət göstərirdi. İpəkçiliyin elmi əsasları işlənilirdi, tut ağaclarının və ipəkqurdunun seleksiyasına dair tədqiqatlar aparılır, superelit toxumlar hazırlanırdı. Təəssüf ki, belə bir sahə müstəqilliyin ilk illərində tənəzzülə uğradı və 2015-ci ildə ölkədə cəmi 236 kiloqram yaş barama istehsal edildi.
2016-cı ildən isə ipək istehsalının müasir infrastrukturunun yaradılmasına qərar verildi və həmin il barama istehsalı 70,7 tona, ötən il isə 245,2 tona çatdırıldı. Bu il kümçülər sonuncu rəqəmi 2 dəfədən çox artırdılar. Prezidentin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr, “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli sərəncamları yeni uğurlara imkan açıb. Onu da qeyd edək ki, Prezidentin “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpasına, əlavə istehsal sahələrinin yaradılmasına və müasir avadanlıqlarla təchiz olunmasına qərar verilib.
İpəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaq üçün də dövlət tərəfindən ciddi addımlar atılır. Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramında bu sahəyə investisiyaların cəlb edilməsi, kümçülərə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması və barama toxumçuluğunun inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Tədarük edilən 500 tondan çox barama artıq ipək məhsullarının ixracının dəstəklənməsi və təşviqini gündəmə gətirir.
Bu gün dünya bazarında da ipək məhsullarına artan tendensiya müşahidə olunur. İpək dünya toxuculuq sənayesi malları bazarının yalnız 0,2 faizini təşkil etsə də, ipəkçilik dünyanın 30-dan çox ölkəsində yayılmışdır. Çin, Hindistan, Özbəkistan və Braziliya ən böyük istehsalçılardır. Dünya üzrə xam ipək istehsalının 84, ixracın isə 54,1 faizi Çin Xalq Respublikasının payına düşür. Hindistan ikinci yerdə olsa da, yerli əhali arasında ipək parçalardan istifadə geniş yayıldığı üçün istehsal əsasən yerli tələbatı ödəyir. Bütün bunlar onu deməyə əsas verir ki, baramaçılığın ixrac potensialı da genişdir.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM