Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

20:36 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni tariflər nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir
Yeni tariflər nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 01.08.2018

 

Dəyişiklikdən sonra da Azərbaycanda sərnişindaşıma xidmətləri üçün qiymətlər bir çox ölkə ilə müqayisədə aşağıdır

 

Tarif (qiymət) Şurası bu il iyulun 30-da keçirilən iclasında ölkədə bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Bununla da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq olunub. Yeni tariflər bu il avqustun 1-dən qüvvəyə minəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olmuşdu. Bu müraciətlər son illərdə  ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və digər amillərdən qaynaqlanırdı. Odur ki, bunlar nəzərə alınıb və qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq şuranın iclasının gündəliyinə daxil edilib. İclasda müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə bir gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq bir gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə bir kilometr üçün 2,4 qəpik təsdiqlənib. 

Xatırladaq ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci il yanvarın 6-da, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci il noyabrın 24-də təsdiq olunub. Başqa sözlə, artıq xeyli müddətdir ölkədə nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalır. Baxmayaraq ki, ötən illər  ərzində nəqliyyat infrastrukturu yenidən qurulub, ictimai nəqliyyat və metro infrastrukturu müasir standartlara uyğun yenidən formalaşdırılıb.

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun sərnişindaşıma qiymətinin ən aşağı səviyyədə olduğu danılmaz həqiqətdir. Azərbaycan vətəndaşları yaxın-uzaq xarici ölkələrə səfər edərkən də bunun əyani şahidi olurlar. Məsələn, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manatdır. Avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi isə Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada hər kilometr üçün 5,2-9,2 qəpik, Gürcüstanda 4,2-7,5 qəpik, Türkiyədə 4,9-8 qəpik təşkil edir.

Göründüyü kimi, yeni tarif dəyişikliyindən sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə yenə də aşağı olacaq.

Heç şübhəsiz ki, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun bundan sonra da  təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsinə və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Bu isə sərnişinlərin rahat gediş-gəlişini təmin edəcək.

 

Flora SADIQLI,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM