Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:44 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib
ANA SƏHİFƏ / SİYASƏT
09:07 31.07.2018

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə, şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə bir nüsxədə, çap variantı iki nüsxədə, xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə, təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - iki nüsxədə, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - iki nüsxədə, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - iki nüsxədə, nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - iki nüsxədə, uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - iki nüsxədə təqdim etməlidirlər.

Həmçinin evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - iki nüsxədə, dörd ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, iki ədəd 3x4 santimetr və iki ədəd 4,5x6 santimetr ölçüdə), qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son beş ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış, hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - iki nüsxədə, məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu rayon polis idarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış təqdim olunmalıdır.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) və hərbi birliklərin qərargahları.

Müraciət etmə vaxtı: 2018-ci il avqustun 1-dən 20-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 14.00-dək, telefon: (012) 538-85-62.

Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin hər hansı bir maddəsi ilə (156-cı maddənin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) istisna olunmaqla) ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğu olan hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM