Alternative content

15:16 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tariflərin dəyişdirilməsi Bakıda sərnişindaşıma sahəsində xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək
Tariflərin dəyişdirilməsi Bakıda sərnişindaşıma sahəsində xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
09:07 31.07.2018

Tarif Şurasının iyulun 30-da təsdiqlədiyi yeni tariflər ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə artan xərclərin qarşılanmasına, avtobus parkının yenilənməsinə, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasına və son nəticədə isə bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən də bu sektorda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər təhlükəsiz və keyfiyyətli sərnişindaşıma işinin təşkilinə daha ciddi və məsuliyyətlə yanaşmalıdır. Eyni zamanda, bütün müntəzəm marşrut xətləri üzrə daşıyıcılar nağdsız ödəniş sisteminə keçidi də sürətləndirməlidir.

Vətəndaşa rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini hər zaman qarşısına prioritet məqsəd qoyan Bakı Nəqliyyat Agentliyi bir daha xəbərdarlıq edir ki, işinə laqeyd və məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması ilə bağlı qərarın qəbulu da məhz bu məqsədə xidmət edir.