Alternative content

10:05 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tədqiqatçılar: insan orqanizminin yarısı bakteriyalardan ibarətdir
Tədqiqatçılar: insan orqanizminin yarısı bakteriyalardan ibarətdir
ANA SƏHİFƏ / Səhiyyə
08:07 31.07.2018

 

Uzun illərdir ki, alimlər insan orqanizmində hüceyrələrdən 10 dəfə çox bakteriya olduğunu iddia edirdilər. Lakin son tədqiqatlar yeni faktları üzə çıxarıb.

AZƏRTAC “BBC Focus” jurnalına istinadla xəbər verir ki, İsrail və Kanada alimlərindən ibarət tədqiqat qrupunun yeni hesablamalarına görə, insan orqanizmində hüceyrələrin sayı qədər bakteriyalar var. Onların əksəriyyəti yoğun bağırsaqdadır. Alimlər bildiriblər ki, insan nəcisinin bir qramında 90 milyard, bütün orqanizmdə isə 38 trilyona yaxın bakteriya var. Hüceyrələrin sayı isə 30 trilyondan çoxdur.

Jurnalda dərc olunmuş məqalədə bildirilir ki, alimlər mikroblardan arıqlamaq üçün istifadə yollarını da müəyyən ediblər. Belə ki, onlar probiotik bakteriyalardan alınan NAPE adlı molekulları suya əlavə etməklə siçovulların bədənindəki piylərin əridilməsinə nail olublar. Tədqiqatçıların sözlərinə görə, arıqlamanın əsas səbəbi bağırsaqlarda yerləşən bu bakteriyaların aclıq hissini yox etməsidir. Onlar əlavə ediblər ki, həmin molekulların insanlar üzərində sınaqlarına başlamaq üçün bakteriyaların genlərində digər insanlara yoluxma xüsusiyyətini aradan qaldırmaq lazımdır.

Tədqiqat qrupunun hesabatında qeyd edilib ki, bakteriyaların əksəriyyəti mikroskopla görüləcək qədər kiçikdir.