Alternative content

15:44 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Respublika Komissiyası fermerlərə 28.890.391 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib
Respublika Komissiyası fermerlərə 28.890.391 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
08:07 31.07.2018

 

Əkində istifadə olunan yanacaq və motor yağlarına, buğda və çəltik əkininə görə 26399889,30 manat, yaş baramaya görə 2490502,35 manat subsidiya ödəniləcək

 

İyulun 31-də Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) idarələrindən daxil olmuş sənədlərə baxılıb.

Respublika Komissiyası 29 rayon (şəhər) üzrə 144302 istehsalçıya 379006,01 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 26399889,30 manat məbləğində yardım ödənilməsi və 36 rayon (şəhər) üzrə 4186 istehsalçıya təhvil verdikləri 498100,47 kiloqram yaş baramaya görə 2490502,35 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.

Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə və yaş baramanın miqdarına görə subsidiya veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri, təhvil verilmiş yaş baramanın miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.