Alternative content

10:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avqustda bəzi günlərdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
Avqustda bəzi günlərdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
06:07 31.07.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqustda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Avqust ayının birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, şimal küləyinin üstünlük təşkil edəcəyi proqnozlaşdırılır.

Departamentdən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarətinin gecələr 22-27°, gündüzlər 30-35°, bəzi günlərdə 37-39° isti olacağı bildirilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarəti gecələr 21-26°, gündüzlər 32-37°, bəzi günlərdə 40-42° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-22° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarətinin gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 30° isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 32-55 mm) olacağı bildirilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarəti gecələr 20-25°, gündüzlər 29-34°, bəzi günlərdə 37° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-27 mm) olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 21-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasını daxilindədir. Havanın hərarətinin gecələr 18-23°, gündüzlər 28-33°, bəzi günlərdə 35-37° isti olacağı ehtimalı var.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 13-116 mm) ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-28° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın hərarətinin gecələr 21-26°, gündüzlər 30-35°, bəzi günlərdə 37-40° isti olacağı ehtimal edilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 6-22 mm) olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 22-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın hərarəti gecələr 20-25°, gündüzlər 28-33°, bəzi günlərdə 35-37° isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-83 mm) olacağı ehtimalı var.