Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:04 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb olunub
Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
06:07 31.07.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və aztəminatlı ailələrin sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramı Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini də əhatə edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Cocuq Mərcanlı kəndində müraciət edən şəxslərdən müvafiq potensiallara malik 25 nəfər özünüməşğulluq proqramına cəlb olunub. İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə iki qrup üzrə təlim kursları təşkil edilib.

Qruplardan biri üzrə 13 nəfər artıq kursu başa vurub, təqdim etdikləri biznes-planları qiymətləndirmə zamanı müsbət dəyərləndirilib. Bu biznes-planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarının yaradılmasını nəzərdə tutur.

Digər qrup üzrə 12 nəfərin təlim prosesi isə davam edir.

Təlim kurslarını başa vuranların uğurlu hesab edilən biznes-planları üzrə kənddə kiçik ailə təsərrüfatlarının yaradılması, məşğulluq imkanlarının artırılması, nəticə etibarilə burada kiçik sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə yaxın vaxtlarda aktivlərlə (mal və materiallarla) təminatın həyata keçirilməsinə başlanacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM