Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:44 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdiriləcək
Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdiriləcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
06:07 31.07.2018

Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdiriləcək.

AZƏRTAC xəbər verir ki, iyulun 31-də İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – "Yaşıl Dəhliz" mövzusunda "dəyirmi masa" keçirilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri barədə ətraflı məlumat verib. Vurğulanıb ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə sənaye parkları və sənaye məhəllələri yaradılır, sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur. Bildirilib ki, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Niyazi Səfərov qeyd edib ki, sənaye parklarında rezidentlərin idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi zəruri işlərin təşkilinə başlayıb.

Dövlət Gömrük Komitəsinin idarə rəisi Səməd Qaralov gömrük sistemində aparılan təkmilləşdirmə işləri barədə məlumat verərək, gömrük infrastrukturunun gücləndirildiyini və gömrük prosedurlarının sadələşdirildiyini qeyd edib," Yaşıl Dəhliz"in idxal-ixrac əməliyyatlarının sadələşdirilməsində və sahibkarların vaxtına qənaət edilməsində önəmini diqqətə çatdırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi və sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verərək, KOS-lara göstərilən xidmətlərin bir məkanda – "Kiçik və Orta Sahibkarlıq Evi"ndə birləşdiriləcəyini qeyd edib.

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur barədə məlumat verib. O, "Yaşıl Dəhliz"in tətbiqinin sahibkarların sənaye parklarına marağını daha da artıracağını qeyd edib.

Tədbirdə "Yaşıl Dəhliz Xidməti" layihəsinin təqdimatı keçirilib və layihənin üstünlükləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonda "Sumqayıt Kimya Sənaye Parkı" MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Təmiz Şəhər" ASC və "Yaşıl Dəhliz Xidməti" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM