Alternative content

00:31 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dəniz Kuboku - 2018” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib
“Dəniz Kuboku - 2018” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
03:07 31.07.2018

“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində avqustun 1-dən 10-dək Xəzər dənizinin Azərbaycana məxsus hissəsində keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkün nəticələrinə əsasən, müsabiqənin birinci epizodunun yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib. Sıralanmaya görə, epizodun icrasına müvafiq ardıcıllıqla Rusiya, Qazaxıstan, İran və Azərbaycan təmsilçiləri başlayacaqlar.

Püşkatmanın nəticələrinə əsasən, müsabiqənin növbəti beş epizodunun yerinə yetirilməsində komandaların sıralanması da müəyyənləşib. “Gəminin lövbərə və çəlləyə dayanması” üzrə 1-ci epizodun icrasına Rusiya birinci, Qazaxıstan ikinci, İran üçüncü, Azərbaycan dördüncü başlayacaq. “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 2-ci epizodu ardıcıllıqla İran, Rusiya, Azərbaycan və Qazaxıstan komandaları icra edəcəklər. “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 3-cü epizodun icrasına Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü və Rusiya dördüncü başlayacaq. “Kiçik dəniz hədəfi üzrə artilleriya atışı” üzrə 4-cü epizodun icrasını İran, Azərbaycan, Rusiya və Qazaxıstan ardıcıllıqla yerinə yetirəcək. “Hava hədəfi üzrə artilleriya atışı” üzrə 5-ci epizodun icrasına İran birinci, Rusiya ikinci, Qazaxıstan üçüncü və Azərbaycan dördüncü başlayacaq. “Üzən minanın məhv edilməsi” üzrə 6-cı və sonuncu epizodun icrası üzrə tapşırıqları Qazaxıstan, İran, Rusiya və Azərbaycan ardıcıllıqla yerinə yetirəcəklər.