Alternative content

14:02 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tərtərli din xadimi: Ölkəmizdə hər kəs azad, sərbəst şəkildə dini inanclarını yerinə yetirir
Tərtərli din xadimi: Ölkəmizdə hər kəs azad, sərbəst şəkildə dini inanclarını yerinə yetirir
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:07 31.07.2018

Ölkəmizdə dini etiqad azadlığına və milli-mənəvi dəyərlərimizə yüksək qayğı ilə yanaşılır. Din sahəsinə göstərilən qayğının nəticəsidir ki, ölkə dindarları sərbəst şəkildə ibadətlərini həyata keçirirlər. Lakin ölkəmizdəki sülh və əmin-amanlığı, tolerant mühiti gözü götürməyən qüvvələr də var. Bu qüvvələr sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatı aparırlar.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov söyləyib. O deyib: “Respublikamız dünyada ən tolerant ölkə kimi tanınır. Ayrı-ayrı millətlərin, dinlərin nümayəndələri əsrlərdir ki, ölkəmizdə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayır. Sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparan qüvvələr isə respublikamızda dini və milli azlıqların sıxışdırılması, dindarların hüquqlarının pozulması kimi əsassız iddialar irəli sürürlər. Mən bir dindar kimi bu qarayaxma kampaniyasını qətiyyətlə pisləyirəm”.

Sadiq Cəfərov bildirib ki, Konstitusiyamıza görə din dövlətdən ayrıdır. Lakin dövlət daim din sahəsinə yüksək qayğı göstərir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk gördüyü işlərdən biri Bibiheybət məscidinin bərpası oldu. Dahi rəhbərin dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, məscidlər, dini məbədlər, ziyarətgahlar inşa edilir, bərpa olunur və yenidən qurulur. Təsadüfi deyil ki, dövlət başçısının Prezident seçkilərindən sonra ilk tədbiri də Hacı Cavad məscidinin yeni binasının açılışı oldu.

“Dini icmaların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək, o cümlədən maliyyə dəstəyi göstərilir. Dindarlara yaradılan şəraitin nəticəsidir ki, hər kəs azad, sərbəst şəkildə dini inanclarını yerinə yetirir. Odur ki, biz dindarlar dövlətimizin dinə, mənəvi dəyərlərimizə olan münasibətindən razıyıq”, - deyə S.Cəfərov bildirib.