31 Iyul 2018 02:07
147
İQTİSADİYYAT
A- A+

Azərbaycan ilə İran arasında nəqliyyat və telekommunikasiya sahələrində əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə İran arasında nəqliyyat və telekommunikasiya sahələrində əməkdaşlıq müzakirə olunub.

İran İslam Respublikasının Tehran şəhərində keçirilən 24-cü Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (ELECOMP) sərgisində ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri iştirak edib. Bir sıra yerli İKT şirkətləri ölkəmizə məxsus milli pavilyonda öz məhsul və həllərini nümayiş etdirib.

İrana səfəri çərçivəsində nazir Ramin Quluzadə İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi, yollar və şəhərsalma naziri Abbas Əhməd Axundi və informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşlər keçirib.

Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşdə sərhədyanı ərazilərdə mobil şəbəkələrin, radio və televiziyaların birgə radiomonitorinqi, qanunsuz trafikin ötürülməsinin qarşısının alınması sahəsində əməkdaşlıq, yayım kanallarının koordinasiyası, interferensiya hallarının qarşısının alınması məqsədilə tezlik resurslarının koordinasiyası məsələləri müzakirə olunub. Qərara gəlinib ki, bu sahədə əməkdaşlıq üçün birgə komissiya yaradılsın.

İran İslam Respublikasının yollar və şəhərsalma naziri ilə keçirilən görüşdə beynəlxalq daşımalarda İran ilə sərhəd-keçid məntəqələrində mövcud çətinliklərin aradan qaldırılması, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində beynəlxalq daşımaların artırılması kimi məsələlər müzakirə olunub.

İranın informasiya-kommunikasiya texnologiyaları naziri ilə görüşdə telekommunikasiya, poçt, startap layihələrinin və startap ekosisteminin inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi və s. məsələlər müzakirə mövzusu olub.

Müzakirələr çərçivəsində İran şirkətləri “BakuTel-2018” beynəlxalq sərgi-konfransına dəvət olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video