Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:50 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı şəhəri üzrə on abituriyent qəbul imtahanlarında maksimum nəticə göstərib
Bakı şəhəri üzrə on abituriyent qəbul imtahanlarında maksimum nəticə göstərib
ANA SƏHİFƏ / Təhsil
01:07 31.07.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin on məzunu 2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında I, III və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, III ixtisas qrupu üzrə 45 nömrəli tam orta məktəbin məzunu Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin məzunu Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin məzunu Leyli Əhmədova və Texniki-Humanitar Liseyin məzunu Zeynəb Quluzadə, I ixtisas qrupu üzrə 297 nömrəli məktəbin məzunu Anar Abıyev, 169 nömrəli tam orta məktəbin məzunu Aslan Aşirov, 58 nömrəli tam orta məktəbin məzunu Sona Mehdizadə, 109 nömrəli tam orta məktəbin məzunu Azər Zeynallı, IV ixtisas qrupu üzrə 192 nömrəli tam orta məktəbin məzunu Anar Kərimxanov, 29 nömrəli tam orta məktəbin məzunu Nərmin Balakişiyeva bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.

Ali məktəblərə qəbul imtahanlarında maksimum nəticə göstərmiş abituriyentlərlə bərabər, onlardan heç də geri qalmayan minlərlə digər abituriyent də yüksək nəticə əldə edib. Ümumilikdə son illərdə ali məktəblərə qəbul üzrə abituriyentlərin orta bal göstəricisi durmadan artmaqdadır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM