Alternative content

19:35 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda iqtisadi inkişaf orta aylıq əməkhaqqının daha yüksək olması üçün yetərincə potensial yaradacaq
Azərbaycanda iqtisadi inkişaf orta aylıq əməkhaqqının daha yüksək olması üçün yetərincə potensial yaradacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 31.07.2018

Azərbaycanda iqtisadi inkişaf ölkədə orta aylıq əməkhaqqının daha da yüksək olması üçün yetərincə potensial yaradacaq.

Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, Azərbaycan MDB ölkələri arasında orta aylıq əməkhaqqının səviyyəsinə görə devalvasiyadan öncəki 2014-cü ildə də 558 dollar əməkhaqqı ilə 4-cü yerdə qərarlaşmışdı. Keçən 3 il ərzində MDB ölkələrində baş verən devalvasiyalar bütün MDB məkanında orta aylıq əməkhaqqının dollar ekvivalentində səviyyəsini azaltdı. Belə ki, Rusiyada orta aylıq əməkhaqqı 2014-cü ildəki 896 dollardan 670 dollara, Qazaxıstanda isə 686 dollardan 459 dollara endi. Əsas səbəb isə bu ölkələrdə baş verən devalvasiyalar nəticəsində dollarla hesablanan məbləğlərin kiçilməsi oldu.

"Azərbaycan iqtisadiyyatı artıq davamlı olaraq müsbət dinamika nümayiş etdirir. Qeyri-neft sektorunun payı durmadan artır və artıq 65 faizə yaxındır. Sənaye və kənd təsərrüfatı istehsalı sürətlə artır, ixracın həcmi böyüyür, xidmət sektorunun payı artır. Ölkə Prezidentinin Sərəncamı ilə hər il əməkhaqlarının və pensiyaların artımı da ölkədə ümumi orta aylıq əməkhaqqının artırılmasına təsir etməkdədir. Ümumilikdə, Azərbaycanda iqtisadi inkişaf ölkədə orta aylıq əməkhaqqının daha da yüksək olması üçün yetərincə potensial yaradacaq", - deyə iqtisadçı ekspert diqqətə çatdırıb.