Alternative content

03:09 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:07 31.07.2018

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar iyulun 31-də mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb.

Sübhan Bəkirov bildirib ki, “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq. Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcəklər. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar. Hərbçilərimiz, həmçinin İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

Yarışlarda müşahidəçi qismində Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Rusiya Hərbi Dəniz Donanmasının komandasının “Dəniz Kuboku–2018” yarışlarına tam hazır olduğunu deyən Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov yarışların keçirilməsi üçün yaradılan mükəmməl şəraitə görə təşəkkürünü bildirib. O, bu yarışın Rusiya komandası üçün əhəmiyyətli olduğunu vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Şaxram Həbibi yarışlara hazırlığın yüksək səviyyədə olduğunu bildiriblər. Qonaqlar bu yarışda yenidən iştirak etməkdən məmnunluqlarını bildiriblər.

Mətbuat konfransında, həmçinin iştirakçı heyətlər tərəfindən döyüş hazırlığı poliqonlarına çıxış, müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə məşqlərin keçirilməsi haqqında ətraflı məlumat verilib.

Bundan başqa, müsabiqəyə cəlb olunan gəmilərə, xüsusi texnikalara, silahlara jurnalistlərin iştirakı ilə baxış keçirilib, onların təyinatına dair qısa brifinq verilib.

Tədbirdə mətbuat nümayəndələrinin sualları ətraflı cavablandırılıb.