Alternative content

03:41 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ prezidenti: İran tərəfi görüşmək istəyirsə mən hazıram
ABŞ prezidenti: İran tərəfi görüşmək istəyirsə mən hazıram
ANA SƏHİFƏ / DÜNYA
11:07 31.07.2018

ABŞ-da rəsmi səfərdə olan İtaliyanın Baş naziri Cüzeppe Konteni Ağ evdə qarşılayan Donald Tramp görüşlərinin ardından həmkarı ilə birlikdə mətbuat konfransı keçirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mətbuat konfransında Tramp İran Prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olduğunu bildirib.

ABŞ prezidenti deyib: “Digər insanlarla danışmaqda bir problem yoxdur. Xüsusilə də, bu insanlarla mümkün bir savaşa gələcəyin, ölümlərin ola biləcəyi hallarda. Bunda bir problem yoxdur. Şimali Koreya lideri də görüşdüm”.

Donald Tramp heç bir ilkin şərt olmadan İran Prezidenti Ruhani ilə görüşməyə hazır olduğunu söyləyib: “İran tərəfi görüşmək istəyirsə, mən hazıram”