Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:47 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV R.Koçaryan həbs olundu
R.Koçaryan həbs olundu
ANA SƏHİFƏ / SİYASƏT
12:07 31.07.2018

 

Ermənistan son 20 ildə terror, cinayət və qorxu ilə idarə olunub

 

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni iqtidarın sələflərinə qarşı ən sərt üsullarla hücuma keçəcəyinə dair verilən proqnozlar özünü doğruldur. Bunun ən real təsdiqi Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbs olunmasıdır. Xatırladaq ki, paytaxt Yerevanın Şenqavit Rayon Məhkəməsi sabiq dövlət başçısı barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülüb. Bundan sonra Yerevan məhkəməsi Robert Koçaryanı zaminə buraxmaqdan imtina edib. Onun vəkili Ruben Saakyan bu xüsusda bildirib: “Robert Koçaryanın zaminə buraxılması barədə vəsatət təqdim olunub. Söhbət kifayət qədər böyük məbləğdən gedib. Vəsatət təmin olunmayıb”.

 

Yeni repressiya dönəmi başlanır

 

Erməni mediası yazır ki, sabiq dövlət başçısı hazırda Ədliyyə Nazirliyinin “Yerevan-Kentron” penitensiar müəssisəsində saxlanılır. Ermənistanın ombudsmanı Arman Tatoyan artıq Koçaryana baş çəkib. O, sabiq prezidentlə söhbət edib, saxlanma şəraiti və rəftarla bağlı şikayətinin olub-olmadığını soruşub. Koçaryan bir sıra məsələlər qaldırıb. Ombudsman isə həmin məsələləri penitensiar müəssisənin rəhbərliyinə çatdırıb. Koçaryanın vəkili Ruben Saakyan bildirib ki, müdafəi etdiyi şəxsin həbsi haqqında məhkəmə qərarından şikayət ediləcək.
Robert Koçaryan özü isə barəsində irəli sürülən ittihamları saxta, qurama, istintaqa cəlb edilməsini “siyasi təqib” adlandırıb: “İttihamlar quramadır. Azərbaycanda hansı təntənə, sevinc hiss etdiklərini təsəvvür edə bilərəm. Məni onlara belə hədiyyə edin”.
Bununla belə, Koçaryan bildirib ki, təslim olmaq fikrində deyil və axıra qədər mübarizə aparacaq: “Kütlələrin əhval-ruhiyyəsini hüquqi məkana daşımaq istəyirlər. Belə çıxır ki, 2008-ci ildə cəmi 21.5 faiz səs yığan Levon Ter-Petrosyan əslində, həmin seçkiləri udubmuş. Bu, reallıqdan tamamilə uzaqdır və sevgi, həmrəylik şüarları altında baş tutmuş məxməri inqilab tərəfindən siyasi təqiblərdir. 2008-ci il 1 mart hadisələrinin arxasında hakimiyyəti gözdən salmağa çalışanlar dayanır. Məlumdur ki, “yüz dəfə təkrarlanmış yalan həqiqətə çevrilir” prinsipindən istifadə edilir. 1 mart ssenarisinin reallıqla heç bir əlaqəsi yoxdur. Bu, siyasi təqibdir, vendetta, hüquq sürrealizmidir. Prosesin on insanın həlak olması şəraitinin aydınlaşdırılması ilə əlaqəsi yoxdur. Siyasi qərar qəbul edilərək günahkarlar “müəyyən edilib”. İki-üç məsələni həll etməyə çalışırlar. İlk növbədə, mənim siyasi proseslərdə mümkün iştirakımı neytrallaşdırmaq, ikincisi isə martın 1-də cinayət işinin açıldığını bildirmək”.
Koçaryan vurğulayıb ki, istintaq bu cür ittiham irəli sürməklə Konstitusiya Məhkəməsinin qərarını və 2008-ci il prezident seçkilərinin nəticələrini rədd edir.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış verilib. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov da Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib. Yerevan şəhər məhkəməsi indi Yuri Xaçaturovu girov qarşılığında zaminə buraxıb. Zaminə buraxma məbləği 5 milyon dram və ya 11 min ABŞ dolları təşkil edib.
Bu arada Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyan Xüsusi İstintaq Xidmətinə çağırılıb. O da 2008-ci il martın 1-2-də baş vermiş hadisələrlə bağlı açılan cinayət işi üzrə dindiriləcək. Qeyd edək ki, A.Gevorkyan 2007-ci ilin iyunundan 2008-ci ilin aprelinədək Ermənistan Təhlüksizlik Şurasının katibi vəzifəsində işləyib. Bu şuranın sədri isə Ermənistan prezidentidir. O vaxt quruma sədrliyi Robert Koçaryan edib. A.Gevorkyan 2018-ci ilin aprel hadisələri zamanı baş nazirin müavini vəzifəsini tuturdu. O, həmin dövrdə Moskvaya çağırılmış Ermənistan rəsmilərindən biri idi.

 

Növbə məhkəmə hakimiyyətinindir

 

“Yekramas” saytına açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan bildirib ki, Koçaryanın həbsi daha çox siyasi məsələdir: “Hazırda Ermənistanda siyasi elitada dəyişikliklər gedir. Bu, hələ də başa çatmayan siyasi tranzitdir. Prosesin birinci hissəsi Paşinyanın baş nazir olması idi. Bundan sonra icraedici hakimiyyətdəki elitanın yuxarı hissəsində dəyişikliklər başladı. Növbəti mərhələ qanunverici hakimiyyət oldu. Burada isə hüquqi prosedurlar olmalıdır. Belə ki, yeni iqtidar leqal yollarla hakimiyyətini təmin etməlidir. Parlamentdən sonra növbə məhkəmə hakimiyyətinə çatacaq. Bu vaxta qədər qanunverici hakimiyyətdə dəyişikliklər baş verməli, yerli hakimiyyətlər dəyişməlidir. Bu proses artıq gedir, bəzi yerlərdə, xüsusilə də Yerevanda başa çatıb.
İlk növbədə, yerli səviyyələrdə elitanın dəyişdirilməsi tələb olunur. Bölgədəki seçkini yerli icra orqanları təşkil etdiyi üçün bunları nəzarətə almaq çox vacibdir. Eyni prosesi hökumət biznesdə də aparır. Biznesmenlər hansısa formada yeni hökumətə qarşı loyallıq göstərməlidir. Belə proseslərin əsas vacib məqamlarından biri zərbələrin endiriləcəyi açar şəxslər olur. Robert Koçaryan cəmiyyətdə indiyə qədərki sistemin müəllifi kimi qəbul edilir. Koçaryan ictimai fikirdə sistemin simvoludur. Serj Sarkisyan isə onun varisi sayılır”.

 

Sarkisyanın da həbsi qaçılmaz sayılır

 

Bu gedişlə Sarkisyanın da həbsi qaçılmaz sayılır. Hazırda Avropada olan Sarkisyanın oradan qayıtması inandırıcı sayılmır. Ermənistan mediası bu olayların, o cümlədən Koçaryanın həbsinin uzun müddətdir Ermənistanda qeyri-konstitusion fəaliyyət göstərən rejimin aradan qaldırılmasından xəbər verdiyini yazır. Bildirilir ki, Robert Koçaryan prezidentliyi dövründə konstitusiya quruluşunun devrilməsinə səbəb olub. Ölkə mətbuatı buna misal olaraq 1 mart hadisələrini göstərib.
“Armenianreport” yazır ki, Robert Koçaryan xələfi Serj Sarkisyana da güc verib. Belə ki, Serj Sarkisyan 10 il ərzində hakimiyyəti devrilmiş konstitusiya quruluşu ilə idarə edib. Qeyd olunur ki, 1998-ci ildə Robert Koçaryan və siyasi tərəfdaşları seçki saxtakarlığı edərək 20 il müddətinə qanunsuz olaraq hakimiyyəti işğal ediblər. 2003-2004-cü illərdə Koçaryan hakimiyyətinə qarşı çıxanlar kütləvi şəkildə həbs olunublar və sui-qəsdlərə məruz qalıblar. Robert Koçaryan və Serj Sarkisyan parlamentdə, o cümlədən ayrı-ayrı dövlət qurumlarında terror aktları həyata keçirib. Bir sözlə, Ermənistanda son 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub.
Beləliklə, Koçaryanın ətrafında baş verənlər göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. Hətta öz xalqına qarşı da o, cinayət törədir. Bu fonda beynəlxalq tribunal qarşısında dayanmazdan əvvəl Koçaryanın Ermənistanda həbsi və mühakiməsi tamamilə təbii sayıla bilər. Azərbaycan torpaqlarının işğalında, insanlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rola malik Koçaryan şübhəsiz ki, beynəlxalq tribunalda da bu əməllərinə görə cavab verəcək.

Elçin CƏFƏROV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM