Alternative content

11:51 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kiyevdən Bakıya qələbə ilə
Kiyevdən Bakıya qələbə ilə
ANA SƏHİFƏ / İDMAN
12:07 31.07.2018

 

Azərbaycan jurnalistləri Ukraynada bir sıra maraqlı görüşlər keçiriblər

 

Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd olunmaqdadıq.

Prezident İlham Əliyevin hələ ötən il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncama əsasən, Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq  ölkə hüdudlarından  kənarda da silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri iyulun 26-29-da Ukraynada baş tutub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar bir qrup idman jurnalisti Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və “AAAF Park”ın təşkilati dəstəyi ilə paytaxt Kiyevdə olub.

İyulun 27-də jurnalistlər Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan  parkda ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra Azərbaycanın Ukraynadakı səfirliyində jurnalistlərlə görüş keçirilib. Səfirliyin müşaviri Vüsal Süleymanov jurnalistlərlə görüşdən məmnunluq ifadə edib və Ukraynanın bütün bölgələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirib.

Tədbirdə iştirak edən əfsanəvi futbolçu İvan Yaremçuk SSRİ dövründə əlaqələrin sıx olduğunu deyib və “Neftçi”nin oyunlarını xatırladıb. O, veteranlardan ibarət komandanın Bakıya səfər etdiyini və digər şəhərlərdə görüşlər keçirdiklərini söyləyib.

Daha sonra jurnalistlər Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, veteran güləşçi Oleq Krapivinin rəhbərlik etdiyi “Bakineç” güləş məktəbində olublar. Görüşdə güləş məktəbində daha çox azərbaycanlıların məşq etdiyini deyən O.Krapivin burada uşaqların məşqi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

İyulun 28-də isə idman jurnalistlərimiz ukraynalı həmkarları ilə futbol üzrə yoldaşlıq görüşü keçiriblər. “Hidropark” İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma azərbaycanlı jurnalistlərin 10:6 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində keçmiş SSRİ yığmasının və Kiyev “Dinamo”sunun tanınmış veteran futbolçusu İvan Yaremçuk da çıxış edib.

Jurnalistlərdən ibarət komandada çıxış edən “Azərbaycan” qəzetinin əməkdaşı Elçin Cəfərov bildirdi ki, səfər  hər iki ölkə jurnalistlərinin bir-birilərini yaxından tanıması baxımından əhəmiyyət kəsb edir: “Qonaqpərvərliyə görə ukraynalı həmkarlarımıza təşəkkür edirik. Qarşılaşmaya gəlincə isə tamaşaçılar maraqlı mübarizənin şahidi oldular. Bizim üçün yadda qalanı isə Ukrayna futbolunun canlı əfasənəsi İvan Yaremçukun bizə qarşı oynaması oldu. Yekun hesabda  qalib gəlsək də, dostluq qazandı. Göstərilən diqqət və qayğıya görə Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürümüzü bildiririk “.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM