Alternative content

16:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kamerunda 160-dan çox məhbus həbsxanadan qaçıb
Kamerunda 160-dan çox məhbus həbsxanadan qaçıb
ANA SƏHİFƏ / DÜNYA
05:07 30.07.2018

 

Kamerunun şimal-qərb rayonunda yerləşən həbsxanadan 160-dan çox məhbus qaçmışdır. Bu barədə “L’express” qəzeti xəbər verir.

Nqo-Ketuncia departamentinin əməkdaşı Uilyam Emvutu Mbitanın dediyinə görə, cinayətkarlar həbsxananın ala qapısından çıxaraq binaya od vurmuşlar.

Məlumata görə, məhbusların qaçması üçün plan hazırlanmasında silahlı qrup iştirak etmişdir. Hazırda onların axtarışı aparılır.

TASS agentliyinin xəbərinə görə, Kamerun Afrikanın ən sabit ölkələrindən hesab olunur. Lakin son ildə vəziyyət pisləşmişdir. Ölkədən ingilisdilli sakinlər ayrılmaq istədiklərindən separatçılar təzyiqi gücləndirmişlər. Ötən ilin oktyabrından başlayaraq vaxtaşırı hökumət ordusu ilə onların arasında silahlı toqquşmalar olur.

Bundan əlavə, Kamerunun şimalında Nigeriyanın “Boko Haram” terrorçu qruplaşması fəaliyyət göstərir.