Alternative content

22:38 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ və “Taliban” sülh danışıqları aparırlar
ABŞ və “Taliban” sülh danışıqları aparırlar
ANA SƏHİFƏ / DÜNYA
05:07 30.07.2018

ABŞ hökuməti və “Taliban” radikal islamçı hərəkatı nümayəndələrinin görüşü “çox pozitiv” başa çatmışdır. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Məlumata görə, danışıqlarda Əfqanıstanda atəşkəs rejimi müzakirə olunmuşdur.

Görüşün Qətərin paytaxtı Dohadakı hotellərin birində keçirildiyi bildirilir. Qeyd olunur ki, bunu sülh danışıqları adlandırmaq olmaz, lakin o, yeni formata başlanğıc vermişdir. Tərəflər “dostluq atmosferində” yeni görüşlərin keçirilməsi və Əfqanıstanda münaqişənin dialoq vasitəsilə həll edilməsi barədə razılığa gəlmişlər. Eyni zamanda “Taliban” təkid etmişdir ki, Əfqanıstan hökumətinin nümayəndələri danışıqlarda təmsil olunmasınlar.

Bundan əvvəl “The Wall Street Journal” və “New York Times” qəzetləri “Taliban”a istinadən hərəkat iştirakçılarının ABŞ Dövlət Departamentinin Cənubi Asiya üzrə nümayəndəsi Elis Uellsin başçılıq etdiyi Amerika nümayəndə heyəti ilə görüşü barədə məlumat vermişdilər.