Alternative content

14:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstiyə görə alman fermerləri 1 milyard avro ziyana düşdülər
İstiyə görə alman fermerləri 1 milyard avro ziyana düşdülər
ANA SƏHİFƏ / DÜNYA
05:07 30.07.2018

Uzun sürən istinin fəsadlarını aradan qaldırmaq üçün almaniyalı aqrarlara 1 milyard avro lazımdır. Bu barədə Almaniya Kəndlilər İttifaqının (DBV) prezidenti Yoahim Rukvid məlumat vermişdir.

İlk addım kimi fövqəladə vəziyyət rejimi tətbiq olunmalıdır. Bu, federal və bələdiyyə hökumətləri üçün vəsaiti ayırmağa qanuni əsas verəcək.

Rukvidin dediyinə görə, son illərin orta göstəricisi ilə müqayisədə məhsulun 30 faizdən çox aşağı düşdüyü fermer təsərrüfatlarının yardıma ehtiyacı var.

Almaniyanın kənd təsərrüfatı naziri Yuliya Klökner hazırda istidən ziyan çəkmiş fermerlərə vəsait ayrılmasının mümkünlüyünü yoxlayır. Bundan sonra o, Nazirlər Kabinetinə vəziyyətlə bağlı məruzə edəcək. Maliyyə yardımının ayrılması barədə son qərar avqustun axırlarında, məhsul barədə yekun-hesabat dinlənildikdən sonra qəbul oluna bilər.