Alternative content

11:53 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Britaniyalılar Brexitlə bağlı təkrar referendum istəyirlər
Britaniyalılar Brexitlə bağlı təkrar referendum istəyirlər
ANA SƏHİFƏ / DÜNYA
05:07 30.07.2018

Böyük Britaniya sakinlərinin əksəriyyəti Avropa İttifaqından (Aİ) çıxmaq (Brexit) məsələsi üzrə təkrar referendum istəyir. Buna 1466 britaniyalı arasında “Sky Data” şirkətinin keçirdiyi sosioloji sorğunun nəticələri dəlalət edir.

Həmçinin məlum olub ki, britaniyalıların 78 faizi ölkənin Aİ-dən çıxması prosesinə hökumətin zəif rəhbərlik etməsindən narazıdır.
Respondentlərin yarısı səsvermə üçün aşağıdakı variantların yer aldığı yeni referendum istəyir: “hökumətin təklif etdiyi saziş”, “Aİ-dən sazişsiz çıxmaq” və “Ai-də qalmaq”.
Bundan əlavə, sorğuda iştirak edənlərin 74 faizi Tereza Meyin Baş nazir vəzifəsində fəailiyyətindən narazılığını bildirmişdir.
Respondentlərin 31 faizi hesab eidr ki, Brexit onların həyatına pozitiv, 42 faizi hesab edir ki, mənfi təsir göstərəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM