Alternative content

03:08 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir qrup veteran kino xadimi mükafatlandırılıb
Bir qrup veteran kino xadimi mükafatlandırılıb
ANA SƏHİFƏ / Mədəniyyət
02:07 30.07.2018

 

Milli Kinomuzun 120 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup veteran kino xadiminə pul mükafatları təqdim edib.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdim edilən pul mükafatları 2018-ci ildə yubileyləri qeyd edilən bir neçə kino xadimlərinə də şamil olunub. Belə ki, dörd nəfərə 350 manat, səkkiz nəfərə isə 250 manat pul mükafatı təqdim edilib.

Qurumun təsis etdiyi “Milli kino mükafatı”na Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Xalq Artisti, professor Oqtay Mirqasımov layiq görülüb. Sözügedən mükafata görə məbləğ 2000 min manatdır.