Alternative content

18:44 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Los-Ancelesdə azərbaycanlı rəssamların sərgisi keçirilib
Los-Ancelesdə azərbaycanlı rəssamların sərgisi keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
11:07 30.07.2018

 

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda iyulun 26-da ABŞ-da yaşayan gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, sərgidə Aydan Hüseynli, Fidan Kim, Dinarə Cəbiyeva, Lalə Rəhimova və Səyyarə Nemətovanın əsərləri nümayiş etdirilib. Baş konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış şəxslər, o cümlədən kimya üzrə Nobel mükafatçısı Arye Vorşel (Arieh Warshel), elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, xüsusilə rəssamlıq sənətinin tarixi və bugünkü inkişafı, habelə Azərbaycanın görkəmli rəssamları haqqında ətraflı məlumat verib və gənc qadın rəssamları qonaqlara təqdim edib. Müstəqil dövlət kimi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin yetirildiyini qeyd edən baş konsul N.Ağayev Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən layihələrdən və gənc sənətkarların yaradıcılığını dəstəkləyən YARAT Müasir İncəsənət Məkanının fəaliyyəti barədə danışıb.

Çıxışdan sonra YARAT Müasir İncəsənət Məkanının fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş etdirilib.

Həmçinin sərgi iştirakçılarından olan, Azərbaycanın mərhum Əməkdar Artisti, opera müğənnisi Sona Aslanovanın nəvəsi Lalə Rəhimovanın ifasında klassik musiqi əsərləri səsləndirilib. Film və musiqi proqramı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.