Alternative content

09:40 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağır atletika üzrə Azərbaycan yığması komanda hesabında Avropa birinciliyinin qalibi olub
Ağır atletika üzrə Azərbaycan yığması komanda hesabında Avropa birinciliyinin qalibi olub
ANA SƏHİFƏ / İDMAN
11:07 30.07.2018

İyulun 22-29-da İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, 40-dək ölkədən 300-dən çox atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Onlar tarixi uğura imza ataraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüblər.

Yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra ikinci olub.

17 yaşadək olan qız ağır atletlərimiz 115 xalla 12-ci, oğlan ağır atletlərimiz isə 471 xalla (4 qızıl, 3 gümüş və 3 bürünc medal) dördüncü yerə çıxıblar. 15 yaşadək olan qız ağır atletlərimiz Avropa birinciliyinə 44, 48, 53, 58, 63, 69 kiloqramda cəmi yeddi nəfərlə qatılıblar. Toplam 409 xal toplayan qızlardan ibarət yığmamız komanda hesabında Avropada üçüncü yeri tutmağı bacarıb. Millimiz yalnız İtaliya və Türkiyədən geri qalıb.

15 yaşadək olan yeniyetmə oğlan ağır atletlərdə isə yığmamız 50, 56, 62, 77 və 94 kiloqram çəki dərəcələrində cəmi səkkiz nəfərlə təmsil olunub. 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığmamız bu nəticə ilə medal hesabında Avropanın ikinci ən güclü komandası olub. Medallarla yanaşı, atletlərimiz milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığmamızın üzvləri cəmi 550 xal toplayıblar. Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM