Alternative content

16:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jara-2018” Lyubov Uspenskayanın yaradıcılıq gecəsi ilə başa çatıb
“Jara-2018” Lyubov Uspenskayanın yaradıcılıq gecəsi ilə başa çatıb
ANA SƏHİFƏ / Mədəniyyət
07:07 30.07.2018

Bakıda "Jara-2017" Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu günü Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə Nastasya Samburskaya, Anastasiya Spiridonova, Ani Lorak, Qriqori Leps, Anjelika Aqurbaş, Denis Klyaver, Slava, EMIN, Qlyuk'oza, İntars Busulis və başqaları Lyubov Uspenskayanın repertuarından mahnılar səsləndiriblər.

Çıxış edən Lyubov Uspenskaya yaradıcılıq gecəsinin Bakıda keçirilməsindən məmnunluğunu bildirib və hər kəsə təşəkkür edib. Daha sonra tanınmış müğənni sevimli mahnılarını ifa edib. Onun Azərbaycan dilində oxuduğu "Ağ çiçəyim" mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Gecədə Lyubov Uspenskaya Soso Pavliaşvili, Dominik Coker, Aleksandr Panayotov və başqaları ilə duetlər də oxuyub. Şövqlü ifa və rəqslər tamaşaçılarda xoş anlar yaşadıb.

Lyubov Uspenskayanın yaradıcılıq gecəsi “Jara-2018” çərçivəsində sonuncu tədbir olub.

Festival iştirakçıların səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, festivalda çıxış edən 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi dörd gün ərzində Bakının mədəni həyatına sevgi, hərarət, coşqunluq gətirdi. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun musiqini dinləyə bildilər. Başqa cür ola da bilməz. Belə ki, “Jara-2018”in hazırlıq işlərinə ondan əvvəlki festival yekunlaşdıqdan bir neçə gün sonra başlanılmışdı. Festivalı yüksək səviyyədə keçirmək üçün təşkilatçılar maksimum səylə çalışıblar. Çünki onlar festival zamanı tamaşaçıların unudulmaz anlar yaşayacaqlarına söz vermişdilər. “Jara”nın hər gününün konsert proqramı, müğənnilərin bir-birindən maraqlı ifaları, müxtəlif instalyasiyalar, əsrarəngiz şou, bir sözlə, mərasimin möhtəşəmliyi təşkilatçıların verdikləri sözə əməl etdiklərini təsdiqlədi. Musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousu tamaşaçıların zövqünü oxşadı. Təşkilatçıların ən xırda detalları belə nəzərə almaları, müasir səhnə tərtibatı, məşhur müğənnilərin bir-birindən gözəl mahnıları, gözlənildiyi kimi, “Jara”nı unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirdi.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.