Alternative content

09:46 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jara-2018” festivalı çərçivəsində Valeri Meladzenin yaradıcılıq gecəsi keçirilib
“Jara-2018” festivalı çərçivəsində Valeri Meladzenin yaradıcılıq gecəsi keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
11:07 29.07.2018

 

Bakıda “Jara-2018” Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu günündə Rusiyanın tanınmış müğənnisi Valeri Meladzenin yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, səhnəyə çıxan müğənni yaradıcılıq gecəsinin Bakıda keçirilməsindən çox şad olduğunu bildirib və populyar mahnılarını səsləndirib. Onun ifaları, Ani Lorakla dueti, iştirakçıların Valeri Meladzenin repertuarından mahnıları səsləndirməsi festivalın sevgi, musiqi dolu hərarətini daha da artırıb.

Qeyd edək ki, festivalın sonuncu gününün konsertində Aygün Kazımova, Vaxtanq Kikabidze, Aleksandr Marşal, MBAND, Albina Canabayeva, Anjelika Aqurbaş, Vera Brejneva, Soso Pavliaşvili, Timur Rodrigez, Diana Arbenina, İrina Dubtsova, Lyubov Uspenskaya, Lolita və digər məşhur müğənnilər ifaları ilə tamaşaçılara xoş anlar yaşadıblar.