Alternative content

12:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İtaliyada bomba təhlükəsi səbəbindən 11 mindən çox insan təxliyə edilib
İtaliyada bomba təhlükəsi səbəbindən 11 mindən çox insan təxliyə edilib
ANA SƏHİFƏ / DÜNYA
10:07 29.07.2018

İtaliyanın Terni şəhərində İkinci Dünya müharibəsi dövründən qalma aviabomba tapılıb. Bombanın hər an partlamaq təhlükəsi olduğuna görə

11 mindən çox yerli sakin təxliyə edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 250 kiloqram ağırlığında olan bomba dəmir yolu stansiyasının yaxınlığındakı tikinti ərazisində tapılıb.

Təxliyə başa çatandan sonra bomba təhlükəsiz yerə aparılaraq zərərsizləşdiriləcək.