Alternative content

15:17 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə sularında içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb
Türkiyə sularında içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb
ANA SƏHİFƏ / DÜNYA
02:07 29.07.2018

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu ərazisindən qaçaq yolla Yunanistanın Midilli adasına doğru hərəkət götürən, içərisində FETÖ terror təşkilatı mənsublarının olduğu ehtimal edilən qayıq batıb.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, qayıqda 3-ü uşaq olmaqla 16 nəfər olub. Ayvalık sahil təhlükəsizlik qüvvələri həyatı təhlükədə olan insanların köməyinə gəlib. Doqquz nəfər xilas edilib. Digər 6 nəfərin cəsədi tapılıb. Bir nəfərin itkin düşdüyü bildirilir.