Alternative content

11:53 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstan Prezidenti ölkədə keçiriləcək prezident seçkilərinin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib
Gürcüstan Prezidenti ölkədə keçiriləcək prezident seçkilərinin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib
ANA SƏHİFƏ / DÜNYA
02:07 29.07.2018

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə keçiriləcək prezident seçkilərinin dəqiq vaxtının hələ də müəyyən edilməməsindən narahatçılığını ifadə edib. O,seçkilərin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutu (MDİ) məlumat yayıb.

Məlumatda bildirir ki, seçkilərin əvvəlcədən nəzərdə tutulmuş vaxtına çox az vaxt qalıb. Amma hələ çoxlu qaranlıq məsələlər və həll olunmamış suallar var.

Marqvelaşvilinin fikirlərini dəstəkləyən MDİ-nin məlumatında deyilir: “Prezident seçkiləri siyasi partiyalar və ayrı-ayrı namizədlər üçün əsl mübarizə meydanı olmalıdır. Onlar seçiciləri öz məqsəd və məramlarına inandırıb hərəkətə gətirə bilməlidirlər. Lakin, hələ də hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası öz namizədini müəyyən etməyib, Giorgi Marqvelaşvili özü də bu seçkilərdə iştirakı barədə qərarını təsdiq etməyib. Bu da, cəmiyyətdə müəyyən anlaşılmazlıq və qeyri-müəyyənlik yaradır”.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabr ayına nəzərdə tutulub. Seçkilərin dəqiq vaxtı səsverməyə ən azı 60 gün qalmış elan olunmalıdır. Buna baxmayaraq, artıq bəzi partiyalar artıq seçkilərə hazırlığa başlayıb, “Avropa Gürcüstanı” partiyası isə daha qabağa gedərək öz namizədinin adını ictimaiyyətə açıqlayıb.