Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

15:34 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Cənub qaz dəhlizi”nin başlanğıc nöqtəsi
“Cənub qaz dəhlizi”nin başlanğıc nöqtəsi
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:07 29.07.2018

Qədim neft diyarı Azərbaycanın qısa müddətdə həm də qaz ixrac edən ölkə kimi tanınması “Şahdəniz”in sayəsində mümkün olub. Bu, son dövrlərdə dünyada kəşf olunmuş ən böyük və zəngin yataqlardan biridir. Bakıdan təxminən 70 kilometr cənubda, açıq dənizdə yerləşən “Şahdəniz” 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatlarına malikdir.

 

“Şahdəniz”in sərvəti o qədər böyükdür ki, onu iki mərhələdə hasil etmək qərara alınıb. Mütəxəssislər hətta “Şahdəniz-3”ün olacağını da istisna etmirlər.

Yatağın ərazisi də genişdir. Belə ki, o, təxminən 860 kvadratkilometr sahəni əhatə edir. Burada “Şahdəniz-1” çərçivəsində bir, “Şahdəniz-2” çərçivəsində isə iki platforma quraşdırılıb. “Şahdəniz-2”nin platformaları bir-birinə körpü vasitəsilə birləşdirilib.

“Şahdəniz”in işlənməsinin ilk mərhələsi 2006-cı ildən hasilata başlayıb. Hazırda bu mərhələ çərçivəsində ildə 10 milyard kubmetr qaz hasil edilir, Azərbaycan, Gürcüstan və Türkiyədəki istehlakçılara göndərilir. İndiyədək yataqdan ümumilikdə 91 milyard standart kubmetrdən çox qaz və təxminən 23 milyon ton kondensat hasil edilib.

“Şahdəniz-2”nin isə ən yüksək sabit hasilat dövründə ildə 16 milyard kubmetr qaz verəcəyi gözlənilir. Beləliklə, “Şahdəniz”in ümumi hasilatının birinci mərhələ də daxil olmaqla ildə 26 milyard kubmetr qaz və gündəlik 120 min barel kondensat həcminə çatdırılacağı gözlənilir.

Layihənin əməliyyatçısı BP şirkəti indiyədək kəşf etdiyi ən böyük qaz yatağının “Şahdəniz” olduğunu bildirib. Bu layihədə BP (28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), “Cənub qaz dəhlizi” Apstrim (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoyl” (10 faiz), NİKO (10 faiz) şirkətləri konsorsium təşkil ediblər.

 

Bu il mayın 29-da Səngəçal terminalında “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev “Şahdəniz”in əhəmiyyəti barədə demişdir: “1994-cü ildən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində məhz “Xəzər Neft-Qaz” sərgisinin keçirildiyi gündə imzalanmışdır. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə “Cənub qaz dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu nə qədər vaxtında atılmış və müdrik addım idi. “Şahdəniz” qaz yatağı “Cənub qaz dəhlizi”nin əsas resurs bazasıdır”.

“Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) “Cənub qaz dəhlizi”nin ilk iki seqmentini təşkil edir. Buraya iki platforma, 500 kilometr uzunluğunda sualtı kəmərlər və axın xətləri, Səngəçal terminalındakı yeni qurğular daxildir. İkinci mərhələnin qazını nəql etmək üçün CQBK da genişləndirilib. Genişləndirmə işləri Azərbaycanın ərazisində 428 kilometr uzunluğunda yeni kəmərin, Gürcüstanda 59 kilometrlik yeni boru xəttinin və iki yeni kompressor stansiyasının tikilməsini əhatə edirdi. Bu işlərə  ümumilikdə 28 milyard dollar həcmində investisiya  qoyulub.

Xatırladaq ki, CQBK Türkiyə ərazisində 1850 kilometr məsafə boyu uzanan Transanadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir. “Şahdəniz-2” qazının Türkiyəyə nəqli artıq başlanıb.

Qazı Avropaya daşıyacaq 3500 kilometrlik qaz dəhlizinin sonuncu hissəsi isə Transadriatik Qaz Boru Kəməri (TAP) olacaq. İstifadəyə verilməsi 2020-ci ilin əvvəlinə gözlənilən bu kəmər Yunanıstan, Albaniya və İtaliyanın ərazisində 878 kilometr yol qət edəcək. Xəzərin Azərbaycan sektorundan başlanan bu uzun yolun getdikcə şaxələndiriləcəyi də mümkündür.

Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında neft-qaz sektorunda nəzərdə tutulmuş bütün işlərin qrafik üzrə getdiyi vurğulanıb. Dövlət başçısı bu sahədə görülmüş işlərin hamısının ən yüksək qiymətə layiq olduğunu bildirib.

 

Flora SADIQLI,

“Azərbaycan”  


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM