Alternative content

05:46 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında konsert olub
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında konsert olub
ANA SƏHİFƏ / Mədəniyyət
02:07 29.07.2018

 

“Jara-2018” Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları ilə davam edir.  AZƏRTAC xəbər verir ki, festival çərçivəsində iyulun 28-də Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olub. Konsertdə Rusiyanın tanınmış ulduzları ilə yanaşı, yerli müğənnilər də iştirak ediblər. Konsert proqramında təqdim olunan bir-birindən maraqlı ifalar paytaxt sakinlərində və şəhərimizin qonaqlarında əsl bayram əhvali-ruhiyyəsi yaradıb.

Möhtəşəm ifa nümayiş etdirən müğənnilər konsertdə öz vokal imkanlarını təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut ediblər.

Mədəniyyət, musiqi xalqları bir-birinə daha da yaxınlaşdırır, insanlar arasında sülhü, sevgini və gözəl hissləri təbliğ edir. Belə tədbirlərin təşkili Azərbaycanın və Rusiyanın bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də genişmiqyaslı əməkdaşlığının əyani göstəricisidir. Bu sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət xalqlarımızın bir-birini daha da yaxından tanımasına öz töhfəsini verir. Xatırladaq ki, “Jara” festivalının təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.