Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:20 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jara-2018”: bənzərsiz ifalar, sürpriz duetlər, hərarətli alqışlar
“Jara-2018”: bənzərsiz ifalar, sürpriz duetlər, hərarətli alqışlar
ANA SƏHİFƏ / Mədəniyyət
02:07 29.07.2018

Bakıda, Xəzərin qumlu sahilindəki “Sea Breeze” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalının üçüncü gününün konsert proqramı təqdim edilib. Coşqun musiqi, Xəzər sahilinin füsunkar mənzərəsi bir məkanda birləşərək həm festival iştirakçılarına, həm də tamaşaçılara unudulmaz anlar yaşadıb. “Jara” bu isti iyul günlərində Bakının mədəni həyatına özünəməxsus hərarət gətirir. Bənzərsiz ifalar, sürpriz duetlər, yeni aranjemanlar, maraqlı performanslar, hərarətli alqışlar...

AZƏRTAC xəbər verir ki, iyulun 28-də festivalda Manana, Səmra, Timur Rodrigez, Yulianna Karaulova, EMIN, A'Studio və Jah Khalibin dueti, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksey Çumakov, Yuliya Kovalçuk, Karina Xvoynitskaya, Kravts, İrina Dubtsova, Band'Eros, Mari Kraymbreri, MONATIK, Elvira T., Jak Entoni, Qlyuk'oza, Brendon Horvard, Slava, Djiqan, Ani Lorak, Jasmin və başqaları öz ifaları ilə tamaşaçılara xoş anlar yaşatdılar. Bu il festivala qatılan “Leninqrad” qrupu Bakıda ilk dəfə çıxış etdi. 

Müğənnilər çıxışlarından sonra səmimi qonaqpərvərliyə görə təşəkkür edir, festivalda gözəl əhvali-ruhiyyənin olduğunu vurğulayır, bu musiqi bayramında bir daha iştirak edəcəklərini söyləyirdilər.

Festivalın üçüncü günü gənc istedadların çıxışları ilə də yadda qaldı. Bənzərsiz mahnılar, tamaşaçıların da ifalara qoşulması, rəqslər əsl bayram əhvali-ruhiyyəsi yaratdı. Burada hər kəs yayın isti günündə bir daha, sözün əsl mənasında, “Jara” hərarətini yaşadı.

Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM