29 Iyul 2018 02:07
380
Mədəniyyət
A- A+

Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər

Bakıda möhtəşəm musiqi bayramı - “Jara-2018” Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalı canlı izləmək üçün dünyanın müxtəlif ölkələrindən insanlar Bakıya gəliblər. Onların arasında tanınmış siyasi xadimlər də var. Belə simalardan biri də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdur. Festivalın ikinci gününün fəxri qonaqları sırasında olan Dmitri Peskov xanımı ilə qırmızı xalıdan keçib. Rusiya Prezidentinin mətbuat katibi aparıcının suallarını cavablandırarkən qeyd edib ki, Bakıda dəfələrlə rəsmi səfərdə olsa da, ilk dəfədir buraya məzuniyyət vaxtında gəlib. O deyib: “Bu, xoşbəxtlikdir. Bakı gözəl şəhərdir”.

 “Jara” festivalı ilə bağlı təəssüratlarını bölüşən Dmitri Peskov rusiyalı müğənnilərin Bakıya, ecazkar Azərbaycana gəlmələrini çox gözəl təşəbbüs kimi dəyərləndirərək deyib: “Azərbaycan tarixən gözəl, çoxmillətli, bizim estradanın çox sevildiyi bir ölkədir. Bizim artistlər buraya böyük məmnuniyyətlə gəlirlər. Buna görə də bu, çox əladır. Bu, olduqca gözəl təşəbbüsdür. Çünki Azərbaycan möhtəşəm ölkədir, Bakı füsunkar şəhərdir. Bizim Rusiyanın ulduzları, buraya hətta bir neçə günlük belə, böyük həvəslə gəlirlər və çox zəngin təəssüratla qayıdırlar. Deməli, biz bir-birimizi unutmuruq. Müasir dünyada bu, çox vacibdir”.

Əminliklə demək olar ki, üçüncü dəfə təşkil edilən “Jara” festivalı MDB məkanının ən çox sevilən və gözlənilən mədəni tədbirlərindən biridir. Mədəniyyət, musiqi xalqları bir-birinə daha da yaxınlaşdırır, insanlar arasında sülhü, sevgini və gözəl hissləri təbliğ edir.

* * *

“Bakı hər dəfə fərqli görünüşü, durmadan inkişafı, çiçəklənməsi ilə məni təəccübləndirir. Əfsuslan olsun ki, hələ şəhəri bütünlüklə gəzməyə vaxtım olmayıb. Vaxtımızı hələ ki məşqlərdə və ləziz yeməklərinizdən dadmaqla keçiririk”. Bu sözləri müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi və aktrisası Kristina Orbakayte deyib.

“Jara” festivalında Valeriya ilə duet səsləndirəcəyini söyləyən K.Orbakayte bu möhtəşəm musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Hər dəfə müğənnilər, şoumenlər, tanınmış ulduzlar bu festivalda iştirak etməyi səbirsizliklə gözləyirlər. Mənim müğənni dostlarım festival üçün məxsusi hazırlaşırlar. Repertuarlarından yeni mahnıları təqdim etməyə çalışırlar. Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhvali-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər. Təbii ki, bu işdə çox insanın zəhməti var. Ona görə də nəticə göz qabağındadır. Hər kəsi təbrik edirəm. Bakıda görüləcək yerlər çoxdur. Bu dəfə şəhərin bütün görməli yerlərini gəzmək fikrindəyəm”, - deyə Orbakayte əlavə edib.

* * *

“Bakı inanılmaz dərəcədə gözəl qonaqpərvər şəhərdir. Mən sizin şəhərinizin vurğunuyam. Belə möhtəşəm musiqi bayramı təşkil etdiklərinə görə Prezident İlham Əliyevə və Ağalarovlar ailəsinə minnətdarıq. “Jara” festivalı yüksək səviyyədə təşkil olunub və bura yenə qayıtmaq istəyirəm”.

Bu sözləri müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış televiziya aparıcısı və aktrisası Kseniya Borodina deyib.

Bakıda fanatlarının olmasının onu sevindirdiyini söyləyən K.Borodina mehriban dost Azərbaycan xalqını sevdiyini vurğulayıb: “Bakı tamaşaçısının böyük marağını, isti münasibətini də xüsusi qeyd etmək istərdim. Bu, əslində musiqinin təntənəsidir. Mən “Jara”nı səbirsizliklə gözləyirdim. Bakıda, Xəzərin sahilində keçirilən möhtəşəm festivalda iştirak etməkdən olduqca məmnunam”.

* * *

“Jara” festivalı nəinki Azərbaycanda, hətta Postsovet məkanında unikal musiqi hadisəsidir. MDB ölkələrinin ən tanınmış ulduzları Bakıya toplaşıb. Bu mötəbər musiqi bayramında ölkəmizi təmsil etdiyimə görə qürur duyuram”. Bu sözləri müsahibəsində “Jara” festivalının iştirakçısı, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə deyib.

Festivalda Elza İbrahimovanın “Sən yadıma düşəndə” mahnısını ifa etdiyini söyləyən müğənni tamaşaçıların onun ifasından məmnun qaldıqlarına ümidvar olduğunu bildirib.

Festivalda bir-birindən maraqlı konsertlərin təşkil edildiyini diqqətə çatdıran Sevda Ələkbərzadə müxtəlif janrlarda musiqilərin səsləndirildiyini, bu möhtəşəm musiqi bayramı haqqında hələ çox danışılacağını vurğulayıb.

* * *

“Azərbaycan xalqı olduqca qonaqpərvərdir. Bakıda özümü doğma evimdəki kimi hiss edirəm”. Bu sözləri müsahibəsində “Jara” festivalının iştirakçısı, tanınmış ifaçı Potap deyib.

Bakı tamaşaçılarında yüksək musiqi duyumu olduğunu vurğulayan tanınmış prodüser Azərbaycan folkloru və mətbəxi ilə bağlı təəssüratlarını da bölüşüb: “Sizin sevgi haqqında mahnılarınızı uşaq vaxtlarımdan bilirəm. Azərbaycanda çoxlu dostlarım var. Məşhur “Bakılı oğlanlar”ın “KVN”dəki çıxışlarını hələ də unutmamışam. İnsanlarınız çox mehriban və istiqanlıdır. Məni tez-tez qonaqlıqlara dəvət edirlər. Yeməkləriniz olduqca dadlıdır”.

“Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır. Mənim də arzum odur ki, qoy dostluq, qardaşlıq zəfər çalsın”, - deyə Potap bildirib.

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video