29 Iyul 2018 01:07
2219
Oxucu məktubları
A- A+

Silinməz izlər

 

 Qalib idmançıların yaddaqalan xoş anları da çox olur, xatirələri də. İbad Rzazadə də belələrindəndir. O, 1993-cü ildə Qobustan şəhərində ziyalı  ailəsində  dünyaya göz açıb.  2000-ci ildə cüdo idman növü ilə məşqlərə başlasa da, sonradan  Şərq əlbəyaxa döyüş növlərinə üstünlük verib. Ciu-citsu, karate-do, kikboksinq, kiokushinkaykan karate, qocyu-ryu, Kempo-ryu və Kobudo döyüş  növləri ilə məşğul olub.

 

Bu illər ərzində 11 dəfə Azərbaycan, 3 dəfət dünya və Avropa  çempionu adını qazanmış, 2 dəfə beynəlxalq turnirdə qalib gəlmişdir. Bu yaxınlarda Ukraynanın Xarkov şəhərində keçirilən İRİQUMİ-GO versiyası üzrə dünya çempionatından da qalib qayıdıb.

İbad Rzazadədən “Bu qələbələrin hansı daha çox yadında qalıb?” soruşduqda dedi ki, belə anlar, yaddaqalan günlər çox olub. Amma yaddaşımda Qobustanda I Avropa Oyunlarının məşəlini alovlandırdığım gün qalıb. O gün təkcə mənim yox, bütün qobustanlıların xatirəsində silinməz izlər  buraxdı.  

Onun yetirməsi, Qobustan şəhər A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Rəvan Əkbərli də rayonun perspektivli idmançılarındandır. O da müəllimi kimi 7 yaşından cüdo idman növü ilə  məşğul olmağa başlayıb. Şərq əlbəyaxa döyüş növlərinə də həvəs göstərərək idmanın qocyu-ryu, okinava karate-do, kempo-ryu və kobudo döyüş növləri üzrə məşqlərini davam etdirib. O, 6 dəfə Azərbaycan Avroasiya, 2 dəfə dünya çempionatının mükafatçısı olmağı bacarıb. 2016-cı ildə Ukrayna Respublikasının Xarkov şəhərində keçirilən dünya çempionatında 3-cü yeri tutub. Növbəti uğuru isə bu yaxınlarda məşqçisi  İbad Rzazadə ilə qatıldığı dünya çempionatında İriqumi-go versiyası üzrə gümüş medalın mükafatçısı olmasıdır.

Rəvanın məşqçisi deyir ki, biz ona böyük ümidlər bəsləyirik. İnanırıq ki, o, dünya miqyaslı yarışlarda uğurlar qazanacaq, üçrəngli bayrağımızı yüksəklərə qaldıracaq, himnimizi səsləndirəcəkdir.

 

Anar ƏLİYEV,

Qobustan şəhər sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video