Alternative content

04:45 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gələcəyi belə düşünərlər
Gələcəyi belə düşünərlər
ANA SƏHİFƏ / Oxucu məktubları
01:07 29.07.2018

Rayonumuzda körpələrin sağlam böyümələri və hərtərəfli inkişafı üçün çoxsaylı tədbirlər həyata keçirilir. İlk növbədə, əsas diqqət məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin yenidən qurulub, avadanlıqlarla təminatına yönəldilir.

 

Son 3 ildə bu məqsədlə həm rayon mərkəzində, həm də kəndlərdə onlarca yeni körpələr evi-uşaq bağçası tikilmiş, köhnələri əsaslı şəkildə təmir edilmişdir. Bu yaxınlarda isə Qazax şəhərində yüz yerlik bir, Daş Salahlı kəndində 2 körpələr evi-uşaq bağçası müasir görkəmdə öz qapılarını uşaqların üzünə açmışdır.

Bunu bizim Xanlıqlar kəndindəki körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə eşitdim. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva və rayon ictimaiyyəti nümayəndələri də iştirak edirdilər. Çıxışlardan o da bəlli oldu ki, rayonda uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində belə tədbirlər davam etdiriləcəkdir.

Sonra bağçaya baxış keçirildi. Mən də tədbir iştirakçılarına qoşulub görülən işlərlə tanış oldum. Ürəyim dağa döndü, rahatlıq tapdım. Axı, mənim də oğlum burada tərbiyə alacaq. İndi övladlarını bu bağçaya gətirən digər valideynlər də arxayındırlar ki, uşaqları vaxtlarını burada şən keçirəcəklər. Biz övladlarımızın gələcəyini düşünərək onlara yüksək səviyyədə təlim-tərbiyə verilməsi üçün lazımi şərait yaradanlara dərin minnətdarlığımızı bildiririk.

 

Xatın HÜSEYNXANOVA,

Qazax rayonunun

Xanlıqlar kəndinin sakini