29 Iyul 2018 01:07
2184
Oxucu məktubları
A- A+

Hədiyyə kitablarının sayı artır

Bir vaxtlar “Ən yaxşı hədiyyə kitabdır”, “Kitab bilik mənbəyidir” sözləri tez-tez işlənərdi. Maraqlı kitablar əldən-ələ gəzər, tapa bilməyənlər tanış-bilişdən götürüb oxuyardılar. Çapdan çıxan hər təzə kitab hadisəyə çevrilərdi. O illərin gəncləri yaşa dolandan sonra da kitab oxumağa üstünlük verirlər.

Lerik Ağsaqqallar Şurası bu cəhəti diqqətdə saxlayaraq üzvlərinin mütaliəsi üçün yaxşı şərait yaradıb. Bundan əlavə, şurada yeni nəşrlərin təqdimatları, yazarlarla görüşlər keçirilir, poeziya nümunələrindən lent yazıları dinlənilir, fikir mübadiləsi aparılır. Rayon Ağsaqqallar Şurasının kitab rəflərində 350 nüsxəyə yaxın hədiyyə nəşrlər də var. Buna Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göndərdiyi islama dair nəşrləri, akademik İsa Həbibbəylinin kitablarını, xalq yazıçısı Zəlimxan Yaqubun 13 cildliyini, yazıçı-dramaturq Hüseynbala Mirələmovun roman və povestlərini, Qulammirzə Təbrizinin  bağışladığı “Şeirlər toplusu”nu misal göstərmək olar.

Bu günlərdə Lerik ağsaqqalları Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, əməkdar incəsənət xadimi Kəmalə Ağayevadan da 10 kitab hədiyyə almışlar. K.Ağayeva istedadlı tərcüməçi kimi də tanınır. Rus, ukrayna, fransız, özbək, türkmən yazıçılarının şeirlərini dilimizə çevirmişdir.

Kəmalə xanımın göndərdiyi kitablar arasında “Məshəti” pyesi, “Könül verdiyim ellər”, “Apardı sellər Saranı”, “Ay-ulduzlu gülüstanım”, “Vətənə sevdalıyam”, “Bir gül kimi”, “Əlixan məhəlləsi”, “Nuh diyarının heyranı” kitabları da var.

 

Ruslan İSMAYILOĞLU,

Lerik şəhəri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video