29 Iyul 2018 01:07
2681
Oxucu məktubları
A- A+

On dəqiqə hara, bir saat hara

Müstəqilliyin bərpasından sonrakı illərdə Gədəbəy rayonunda da xeyli abadlıq-quruculuq işləri görülüb. Rayonda yaraşıqlı binalar tikilmiş, göz oxşayan park və xiyabanlar salınmış, təzə yollar çəkilmişdir.

Rayon mərkəzini kəndlərlə birləşdirən yollarda aparılan yenidənqurma işləri sakinlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarını rahat şəkildə digər şəhərlərə aparıb satmağa imkan yaratmışdır. Düzdür, əvvəllər də  yollar təmir edilirdi, amma o qədər də səmərəsi olmur, qarlı-şaxtalı günlərdə sıradan çıxırdı.

Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu problem öz həllini tapır. Təkcə onu demək kifayətdir ki, son bir neçə il ərzində ümumi uzunluğu 120 kilometrə yaxın yeni yollar çəkilib ki, bu da rayonun 11 min nəfərdən çox sakininin rayon mərkəzinə və ətraf bölgələrə gediş-gəlişini asanlaşdırıb, Slavyanka-Qoşabulaq-Pərizamanlı yolu yenidən qurulur. Artıq bu yolun 18 kilometr hissəsində torpaq işləri başa çatdırılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən bu işləri ilin sonunadək başa çatdırmaq nəzərdə tutulmuşdur.

Bizim Nəriman kəndi Gədəbəy şəhərindən 21 kilometr məsafədə yerləşir. Kənddən rayon mərkəzinə getmək üçün təxminən bir saat vaxt itiririk. Yol istismara verildikdən sonra bu yolu cəmi 10 dəqiqəyə qət edəcəyik. Biz bu işdə əməyi olan hər kəsə “əlin-qolun var olsun” deyirik.

 

Kaman MƏMMƏDOV,

Gədəbəy rayonunun Nəriman kəndinin sakini

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video