29 Iyul 2018 01:07
2199
Oxucu məktubları
A- A+

Hərəsi bir tamaşadır

Lənkəranda az adam tapılar ki, Abbas Abbasovu tanımasın. 72 yaşlı bu nurani kişi 50 ildən çoxdur ki, Liman şəhərindəki həyətyanı sahəsində nəsli kəsilməkdə olan müxtəlif növ quşları bəsləməklə məşğuldur. Onun quş fermasını heyvanat parkına bənzətmək də olar.  Burada 100-ə yaxın quş növü var.

“Qırmızı kitab”a düşən quşların, o cümlədən flaminqonun, qırqovulun, mandarinkanın, karalinkanın, sultan toyuğunun, slavyanka qırqovulunun sayı daha çoxdur.

Quşları görmək üçün bura təkcə Lənkərandan və ətraf rayonlardan deyil, respublikanın müxtəlif bölgələrindən qonaqlar, xarici turistlər də gəlirlər. Dünyanın bir sıra ölkəsində, o cümlədən Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziyada flora və faunanın mühafizəsi ilə bağlı keçirilən seminar və konfranslarda iştirak edən Abbas kişi söz düşəndə həmin tədbirlərdə gördükləri və eşitdikləri barədə həvəslə danışır.

Quşların saxlanılması şəraitinə xüsusi diqqət göstərir.  Gün ərzində 30 kiloqrama yaxın yemdən istifadə edir. Buğda və arpaya qənaət etməkdən ötrü yaz-yay aylarında quşlara daha çox gicitkən verir. Deyir ki, gicitkən bitkisi quş üçün çox xeyirlidir. Tərkibində zəngin minerallar, müxtəlif növ vitaminlər var.”

Yaşının çox olmasına baxmayaraq, Abbas Abbasov mini-zoopark yaratmaq fikrinə düşüb.

 

 

Ağaddin BABAYEV,

Lənkəran şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video