Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:52 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeri
Tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeri
ANA SƏHİFƏ / Mədəniyyət
01:07 29.07.2018

 

X Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək

 

Ölkəmizin ən qədim və gözəl şəhərlərindən olan Qəbələ bu yay da musiqi bayramı ab-havasına bürünəcək. Ancaq bu dəfə bayram ovqatı daha da xoş, əlamətdar olacaq. Çünki yalnız bu regionun deyil, ümumilikdə Azərbaycanın klassik musiqi həyatında olduqca mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı özünün 10 illik yubileyini qeyd edəcək. Heydər Əliyev Fondu və “Gilan Holding” tərəfindən təşkil edilən festival Qəbələ şəhərində 30 iyuldan 7 avqustadək keçiriləcək.

 

Qəbələ özündə Azərbaycanın zəngin tarixinin silinməz izlərini yaşadır. Bir zamanların möhtəşəm, artıq əfsanələşmiş Qafqaz Albaniyasının paytaxtı olmuş bu şəhər bir çox ənənələrinə bu gün də sadiqdir. Bura indi də tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların, fərqli dinlərin nümayəndələrinin əsrlər boyu sülh şəraitində yaşadığı məkandır. Son illər Qəbələ həm də beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının təşkil olunduğu yer kimi tanınır.

2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində beynəlxalq musiqi festivalı keçirilir. I Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər iştirak etdilər. Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının ifası ilə başladı. Beynəlxalq musiqi festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsi də keçirildi. Azərbaycan, Rusiya, Xorvatiya və Yaponiyanı təmsil edən 5 pianoçunun ifasının yekununda Rusiya pianoçusu İlya Maksimov müsabiqənin ən yüksək mükafatını - “Qran-pri”ni qazandı. Finalda mübarizə aparan gənc pianoçular - xorvatiyalı Qoran Filipets, rusiyalı Aleksandr Yakovlev, azərbaycanlı Toğrul Hüseynli və yaponiyalı Şimomura Misako digər mükafatların sahibləri oldular. Eyni zamanda Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafatlara Nərgiz Kəngərli və Nataliya Landfed (ABŞ) layiq görüldülər.

Beləliklə, 2009-cu ildə ilk Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tariximizdə yeni ənənənin bünövrəsi qoyuldu. O vaxtan bəri hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olundu. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər çıxış etdilər.

İldən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti çəkən Qəbələ beynəlxalq musiqi festivalları dünyanın bir çox ölkəsindən olan musiqiçini birləşdirdi. Onların arasında yaradıcılıq əlaqələrinin yaranmasına və inkişafına təkan verdi. Azərbaycanın zəngin musiqi mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında, beynəlxalq mədəni əlaqələrin gündən-günə genişləndirilməsində, xalqlar arasında dostluğun möhkəmləndirilməsində bu festival bir çox işlər gördü.

2016-cı ilin 30 iyulundan 5 avqustunadək keçirilən Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan musiqiçilərin, bədii kollektivlərin, solistlərin, dirijorların iştirak etdikləri VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasiminə ünvanladığı təbrik məktubunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bildirdiyi kimi, Qəbələ artıq tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeridir.

Ötən il IX Qəbələ Beynəlxalq Musiqi Festivalı da möhtəşəmliyi ilə unudulmaz oldu. Açılış mərasimi iyulun 30-da keçirilən tədbirdə Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxundu. Məktubda qeyd olunurdu: “Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib. Mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran hər bir layihə bizim üçün çox dəyərlidir. Son illər ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların nümayəndələrini bir araya toplayır.

Fərəhləndirici haldır ki, nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı Azərbaycanın dünyada multikulturalizm və tolerantlığın uğurlu modellərindən biri kimi tanıdılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir”.

Qeyd edək ki, yalnız tarixinin qədimliyi ilə deyil, əsrarəngiz təbiəti ilə də görənləri heyran edən bu məkanda, sıx meşə örtüyünə bürünmüş dağların əhatəsində düzənlənən festivalın seçildiyi yer həm klassik musiqi həvəskarları, həm də şəhərin qızmar, yorucu istisindən dincəlmək, bütün həftəni təmiz havada keçirmək istəyənlər üçün olduqca uğurludur. Ənənəvi olaraq hər il yay aylarında təşkil edilən festivalda musiqiçilər açıq səma altında çıxış edirlər.

Yubiley ilində düzənlənəcək X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 31 iyulda baş tutacaq. Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilərin, solistlərin, dirijorların iştirakı nəzərdə tutulur.

Tədbirdə Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya və Türkiyədən dünya şöhrətli dirijorlar və musiqiçilər - Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Annel Qreqori, Olqa Yermakova, Eduard Vulfson, Nora Romanov-Şvartsberq, Tomer Lev, Mine Kurtoğlu, Mixail Xoxlov, Salvador Brotons və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Qaytağı” ansamblı, “Clarte” klarnet kvarteti, “Furioso” kvarteti, Yerusəlim Simfonik Orkestri, “Jovenes Clasicos del Son” instrumental qrupu (Kuba), “Tbilisi Big Band” orkestri (Gürcüstan), “Gypsy Band” (Budapeşt), xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Yeganə Axundova, Şükür Səmədov, Ənvər Sadıqov, Samir Cəfərov, əməkdar artistlər Fuad İbrahimov, Aleksey Miltıx, Sahib Paşazadə, Çinarə Heydərova, Emil Əfrasiyab, beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Nərmin Nəcəfli, Cavad Tağızadə, Məhərrəm Hüseynov, Mahir Tağızadə, Taleh Yahyayev, Ziba Rəcəbli, Toğrul Hüseynli, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları və başqaları çıxış edəcəklər.

Bu möhtəşəm beynəlxalq tədbirdə həmçinin xalq artisti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə tərəfindən təşkil olunan və xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli tərəfindən dəstəklənən “Gənclərə dəstək” layihəsinin iştirakçıları, istedadlı musiqiçilər konsert proqramı ilə səhnə alacaqlar.

X Qəbələ Beynəlxalq Musiqi Festivalı daha bir əlamətdar hadisə ilə yadda qalacaq. Bu il - Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunduğu ildə düzənlənən tədbirdə görkəmli sənətkar yad ediləcək. Festival çərçivəsində bəstəkarın ölməz əsərləri səsləndiriləcək.

Hər kəsin iştirak etməyə dəvətli olduğu, maraqlı, rəngarəng proqrama malik bu möhtəşəm musiqi bayramı qonaqların yaddaşında, Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaq.

 

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM