29 Iyul 2018 01:07
133
DÜNYA
A- A+

Sipras faciəyə görə məsuliyyəti üzərinə götürdü

Yunanıstanın Baş naziri Aleksis Sipras ölkənin xeyli hissəsini bürümüş meşə yanğınları ilə bağlı baş vermiş faciəyə görə siyasi məsuliyyəti öz üzərinə götürmüşdür. O, hökumətin təcili iclasında bildirmişdir ki, qurbanlar “ədalətsiz və ağlasığmaz” yolla həyatlarından məhrum olmuşlar və “biz məsuliyyəti üzərimizdən atmağa cəhd etməyəcəyik”. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Bundan əvvəl ekspertlər bildirmişdilər ki, Yunanıstanda bir çox evlər meşələrin yaxınlığında inşa olunmuşdur. Evlərin yanında yanğın briqadalarının gəlməsi üçün yollar salınmamışdır.

Sipras kütləvi şəkildə qanunsuz tikililər faktını etiraf edərək vurğulamışdır ki, Yunanıstan hökuməti ölkədə bir çox pozuntunun baş verdiyini “dərin hüznlə” nəzərə almalıdır.

Son məlumata görə, yanğın qurbanlarının sayı artıq 87 nəfərə çatmışdır.

“Frans Press” agentliyi xəbər verir ki, Avropa ərazisində heç bir yanğında bu qədər adam həlak olmamışdır.

Xatırladaq ki, Yunanıstanda meşə yanğınları iyulun 23-də paytaxtın ətrafında və sahilyanı zonada turistlər arasında populyar olan rayonlarda başlamışdır. Afinanın yaxınlığında tüğyan edən yanğınlar iki mindən çox yaşayış evinə ziyan vurmuşdur. “Assoşieyted Press” agentliyinin xəbərinə görə, alov 500 evi və paytaxtın 40 kilometrliyində yerləşən Mati kəndini tamamilə dağıtmışdır.

Bu günlərdə Yunanıstan hökuməti meşə yanğınlarının bilərəkdən törədildiyini bildirmişdir.

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video