Alternative content

19:41 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəbəllütariq boğazında 800-ə yaxın miqrant xilas edildi
Cəbəllütariq boğazında 800-ə yaxın miqrant xilas edildi
ANA SƏHİFƏ / DÜNYA
01:07 29.07.2018

İspaniya dənizçiləri Aralıq dənizi ilə Avropaya gələn 800-ə yaxın miqrantı xilas etmişdir. Bu barədə “Rosbalt” agentliyi xəbər verir. Cəbəllütariq boğazında miqrantlarla dolu 54 qayıq aşkar edilmişdir. Qayıqlarda 774 nəfər olmuşdur.

Aralıq dənizi marşrutu miqrantların Avropa İttifaqı ölkələrinə çatması üçün əsas yoldur. Miqyasına görə ikinci tranzit yol isə Balkanlardan keçir.

Beynəlxalq Miqrasiya Təşkilatı qeyd etmişdir ki, cari ilin əvvəlindən bəri Avropaya Aralıq dənizi ilə 55 min nəfərdən çox adam gəlmişdir. Onlardan 23 minini İspaniya, 18 mindən çoxunu İtaliya, təxminən 15 minini isə Yunanıstan qəbul etmişdir.