Alternative content

02:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın idman jurnalistləri Kiyevdə bir sıra görüşlər keçirib
Azərbaycanın idman jurnalistləri Kiyevdə bir sıra görüşlər keçirib
ANA SƏHİFƏ / İDMAN
08:07 28.07.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar bir qrup idman jurnalistinin Ukraynanın paytaxtı Kiyevə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə jurnalistlər Kiyevin ən gözəl parklarından biri olan ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Sonra Azərbaycanın Ukraynadakı səfirliyində jurnalistlərlə görüş keçirilib.

Səfirliyin müşaviri Vüsal Süleymanov jurnalistlərlə görüşdən məmnunluq ifadə edib və Ukraynanın bütün bölgələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini bildirib. V.Süleymanov bu münasibətlə Azərbaycan və Ukrayna jurnalistləri arasında futbol oyununun olacağını və sonda dostluğun qalib gələcəyinə inamını ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətdən danışan səfirliyin müşaviri qeyd edib ki, bu siyasət sayəsində ölkəmizin beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənib, Azərbaycan dünyada böyük nüfuza malik dövlətə çevrilib.

Jurnalistlər adından çıxış edən Sənan Şəfizadə bildirib ki, bu, jurnalistlərin ilk səfər deyil, əvvəllər Moldova, Belarusa da bu cür səfərlər təşkil edilib. O, Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ulu öndər Heydər Əliyevin 95 illik yubileylərinin xüsusi təntənə ilə qeyd edildiyini vurğulayıb.

Tədbirdə iştirak edən əfsanəvi futbolçu İvan Yaremçuk SSRİ dövründə əlaqələrin sıx olduğunu deyib və "Neftçi"nin oyunlarını xatırladıb. O, veteranlardan ibarət komandanın Bakıya səfər etdiyini və digər şəhərlərdə görüşlər keçirdiklərini söyləyib.

Daha sonra jurnalistlər Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, veteran güləşçi Oleq Krapivinin rəhbərlik etdiyi “Bakineç” güləş məktəbində olublar.

Görüşdə güləş məktəbində daha çox azərbaycanlıların məşq etdiyini deyən O.Krapivin burada uşaqların məşqi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. O Prezident İlham Əliyevin idmana qayğısı sayəsində Azərbaycanın güləş məktəbinin gücləndiyini deyib və bunun nəticəsi kimi beynəlxalq və olimpiya yarışlarında idmançılarımızın qazandıqları uğurları xatırladıb.

Qeyd edək ki, jurnalistlərin Ukraynaya səfəri Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutub.