Alternative content

22:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Batumidə yaralanan şəxslərdən ikisinin Azərbaycan vətəndaşı olması xəbəri yanlışdır
Batumidə yaralanan şəxslərdən ikisinin Azərbaycan vətəndaşı olması xəbəri yanlışdır
ANA SƏHİFƏ / DÜNYA
11:07 28.07.2018

İyulun 27-də gecə saatlarında Acarıstan Muxtar Respublikasının Batumi şəhərində mübahisə zəminində 4 nəfər bıçaqlanıb. Onlardan ikisinin azərbaycanlı olduğu iddia olunur.

Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, hadisə şəhərin “Əlifba Qülləsi” (“Başnya Alfavita”) adlanan ərazisində olub. Lakin yaralıların Azərbaycan vətəndaşı olması barədə məlumatlar düzgün deyil. Yaralanan şəxslərlə bağlı Batumi şəhər polisi, xəstəxanası və digər aidiyyəti orqanlardan baş konsulluğa da heç bir müraciət daxil olmayıb.

Bununla belə, baş konsulluq hadisəni diqqətdə saxlayır.

Məlumat üçün qeyd edək ki, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Cinayəti törətmiş şəxs saxlanılıb. Onu 7 ildən 15- ilədək həbs cəzası gözləyir.