Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

20:38 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jara-2018”in ikinci gününün konserti də tamaşaçılar üçün musiqi bayramına çevrildi
“Jara-2018”in ikinci gününün konserti də tamaşaçılar üçün musiqi bayramına çevrildi
ANA SƏHİFƏ / Mədəniyyət
02:07 28.07.2018

 

İyulun 27-də “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılar üçün əsl musiqi bayramına çevrildi.

AZƏRTAC xəbər verir ki, “Jara”nın ikinci günündə Rusiyanın Xalq Artisti Valeriyanın, Rusiyanın Əməkdar Artisti Leonid Aqutinin, müğənni və bəstəkar Vladimir Presnyakovun yaradıcılıq gecələri keçirildi.

“Jara”nın ikinci günündə də bir çox tanınmış müğənnilər tamaşaçıların qarşısına çıxdılar. Festivalın iştirakçılarının sayı ildən-ilə artmaqdadır. Həmçinin festivalı dörd gün ərzində “Sea Breeze Resort”da canlı izləyənlərin sayı isə minlərlədir. “Jara-2018”in davam edəcəyi növbəti günlərdə də tamaşaçıları maraqlı konsert proqramı gözləyir.

Bu il festivalda iştirak edən azərbaycanlı ifaçıların da sayı artıb. Belə ki, Sevda Ələkbərzadənin, Samir Bağırovun çıxışları tamaşaçılara xoş anlar yaşatdı.

Səhnəyə çıxan Filip Kirkorov həmişəki kimi, tamaşaçı auditoriyası ilə sıx ünsiyyətdə olması ilə fərqləndi. O, qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür etdi, gələn il bir daha bu festivala həvəslə gələcəyini söylədi. Ənənəvi olaraq bu dəfə də yeni mahnı təqdim etdi. İfaçının “Ne veryu ya” mahnısı alqışlarla qarşılandı.

Festivalın ikinci günü həm ayrı-ayrı ifalar, həm də duetlərlə yadda qaldı. Dünya şöhrətli estrada ulduzları yubilyarların repertuarlarından mahnılar səsləndirdilər.

Guzel Xasanova, Anjelika Varum, Nikolay Baskov, Jasmin, Leonid Aqutin və Lyubov Uspenskayanın, Valeriya və Kristina Orbakaytenin duetləri, Ani Lorakın, Qlükozanın çıxışları, Valeriya və Nikolay Baskovun, Valeriya və Sofiyanın, Aleksey Çumakov və Yuliya Kovalçukun, Stas Pyexa və İrina Dubtsovanın, EMIN və Keti Topuriyanın duetləri, The Jigits və A`Studio qruplarının eyni səhnəni bölüşməsi, Yuliana Karaulovanın, Natalinin, Slavanın, Vladimir Presnyakovun ifaları və digər çıxışlar alqışlarla qarşılandı.

Bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edən müğənniləri alqışlayan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi: “Xahiş edirəm, indi Aya baxın. Bu gün ən uzun Ay tutulması günüdür. İndi Mars Ayın üzünü örtür. Belə hadisə 25 milyon ildə bir dəfə baş verir. Əlbəttə, bu, təsadüfi deyil. Bakıya xoş gəlmisiniz. Sağ olun”.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) idarə heyətinin üzvü Emin Hacıyev deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının təmsilçilərindən və ali məktəblərin tələbələrindən ibarət nümayəndə heyətinin üzvləri də “Jara-2018” festivalının ikinci günündə konsert proqramını izləyənlər arasında olublar. Konsert proqramı rusiyalı qonaqlarda xoş təəssürat oyadıb. Onlar fasilə zamanı Leyla Əliyeva ilə görüşərək ona xatirə hədiyyəsi təqdim ediblər.

Qeyd edək ki, bu maraqlı musiqi bayramı üçün Xəzərin sahilində məxsusi olaraq möhtəşəmliyi ilə diqqəti çəkən və müxtəlif videoinstalyasiyaları nümayiş etdirməyə imkan verən səhnə qurulub.

Konsert proqramında musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousunun təqdimatı tamaşaçıların zövqünü oxşadı. Bir sözlə, təşkilatçıların ən xırda detalları belə nəzərə almaları, müasir səhnə tərtibatı, məşhur müğənnilərin bir-birindən gözəl mahnıları gözlənildiyi kimi, “Jara”nı unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirdi.

Aparıcıları Yana Çurikova və Nikolay Baskov olan festivalın ikinci günü də atəşfəşanlıqla başa çatdı.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM