Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:21 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İqtisadi müstəqillik davamlı tərəqqinin təminatçısıdır
İqtisadi müstəqillik davamlı tərəqqinin təminatçısıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:07 28.07.2018

 

Reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3,5 faizədək artacağını proqnozlaşdırması uğurlu islahatların göstəricisidir

 

Milli iqtisadiyyatın əsas inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini təmin edən Azərbaycan dövləti artıq dünya iqtisadi düzənində özünəməxsus mövqeyini müəyyənləşdirib və bəzi dövlətlərdən fərqli olaraq özünün növbəti uğurlu inkişaf modelini seçib.
Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir.

 

Son 15 ildə 24 dəfə artan valyuta ehtiyatları

 

Azərbaycan özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. Beynəlxalq münasibətlərin dəyişdiyi, qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxdığı bir zamanda Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar uğurlu nəticələr verir.
Son 15 ildə Azərbaycan dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Təkcə bir fakta nəzər yetirək. Azərbaycan 15 il öncə 1,8 milyard dollar valyuta ehtiyatına sahib idisə, bu gün həmin rəqəm 24 dəfə artaraq 44,3 milyard dollara yüksəlib.
Prezident İlham Əliyevin bu islahatlarının uğurlu gedişini şərtləndirən əsas səbəb onların təməl prinsiplərinin düzgün müəyyənləşdirilərək hazırlanması və qlobal çağırışlardan lokal gerçəkliyədək bütün tələb-şərtlərə uyğunlaşdırılmasıdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunan iclasında görülən işləri belə dəyərləndirmişdir: “Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik”.

 

Qeyri-neft sektoruna qoyulan investisiyalar bəhrəsini verir

 

Bu ilin göstəriciləri isə onu deyir ki, həm əvvəlki illərdə, həm də bu il aparılan islahatlar müsbət nəticələr verir. Son altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz, kənd təsərrüfatı 7,6 faiz, qeyri-neft sektoru 2 faiz artıb. Qeyri-neft sənayesində 8,8 faiz artım qeydə alınıb. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.
Ölkədə 67 min yeni iş yeri açılıb ki, onlardan 53 mini daimi iş yeridir. Azərbaycan iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub. İnflyasiya isə cəmi 3 faizdir. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.
Əlbəttə ki, bütün bu uğurlu göstəricilər beynəlxalq reytiq agentliklərinin illik hesabatlarında da öz əksini tapır.

 

Ən islahatçı 3 ölkədən biri

 

Ötən il dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları, eyni zamanda tanınmış siyasətçilər, iqtisadçılar Azərbaycanın reallaşdırdığı hərtərəfli islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərdilər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər.
Ötən il “Doing Business 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəldi. Aparılan davamlı iqtisadi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdi.
Bu hesabatda Azərbaycanın mövqeyi 10 indikatordan aşağıdakı altı indikator üzrə yaxşılaşdı: elektrik enerjisinin əldə edilməsi (3 pillə), əmlakın qeydiyyata alınması (1 pillə), kiçik investorların hüquqlarının qorunması (22 pillə irəliləyərək 10-cu yer), vergilərin ödənilməsi (5 pillə irəliləyərək 35-ci yer), müqavilələrin icrası (6 pillə irəliləyərək 38-ci yer) və müflisləşmənin həlli (39 pillə irəliləyərək 47-ci yer).
Hesabatdan da göründüyü kimi, sözügedən beynəlxalq indeks tərəfindən Azərbaycanda aparılan həm hüquqi qanunvericilik, habelə biznes mühitinin əlverişliyinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar məxsusi olaraq qeyd edilib. Bu, beynəlxalq reytinq agentliklərinin Azərbaycanda aparılan islahatlara xüsusi diqqət yetirdiklərini və izlədiklərini göstərir.

 

MDB-də daim lider olan dövlət

 

Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətdir.
Bu, ötən il Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da öz əksini tapdı. Azərbaycan növbəti dəfə reytinqdə irəlilədi. Ölkəmiz 137 dövlət arasında iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşdı. Həmçinin həmin hesabatda Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutdu. Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB ölkələri arasında 1-ci yerdədir.
Bir faktı xüsusi qeyd etmək lazımdır ki, hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Türkiyə, Hindistan, Cənubi Afrika Respublikası kimi ölkələr bu rəqabət indeksinə görə Azərbaycandan geridədirlər. Region ölkələrinə gəldikdə isə, qonşu Gürcüstan həmin reytinqə görə 67-ci yerdə, işğalçı Ermənistan isə 73-cü yerdə qərarlaşdı.
Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühiti üzrə aparılan uğurlu iqtisadi islahatların nəticəsidir. Faktiki olaraq dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın inamla irəliləməsi ölkəmizdə aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir. Ölkəmizin reytinqinin yaxşılaşması Azərbaycana investisiya axını, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, qeyri-neft ixracının genişlənməsi və yeni iş yerlərinin açılması deməkdir.

 

İqtisadiyyata yatırılan investisiyaların həcmi yüksəlir

 

Bir faktı da xatırladaq. Ötən il Azərbaycanın adı nüfuzlu “Standard&Poor's” (S&P) beynəlxalq reytinq agentliyinin də hesabatında ön sıralarda qərarlaşdı. Belə ki, qurumun yaydığı məlumatda qeyd edilirdi ki, 2018-ci il Azərbaycan iqtisadiyyatında artım olacaq. Sənəddə 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul (ÜDM) istehsalının artımının 3,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb. 2019-cu ildə ÜDM-in 3,5 faiz, 2020-ci ildə də 3,5 faiz artacağı göstərilib. Bundan başqa, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacağı qeyd edilmişdi.
Agentliyin hesabatında göstərilirdi ki, 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo qorunacaq. Belə ki, 2018-ci ildə ÜDM 12,7 faiz, 2019-cu ildə 14,3 faiz, 2020-ci ildə 14,8 faizə bərabər olacaq.

 

Ölkə sənayesində canlanma müşahidə olunacaq

 

Rusiyanın AKRA reytinq agentliyi yeni hesabatını açıqlayıb. Sənəddə bu il Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2022-ci ildə isə ÜDM-in 3,2 faizədək artacağı proqnozlaşdırılır.
Agentlik qeyd edir ki, 2016-cı ildə iqtisadiyyatın resessiyasından və 2017-ci ildə 0,1 faiz nominal artımdan sonra Azərbaycan iqtisadiyyatı 2017-2018-ci illərdə xaricdə mütərəqqi bərpa nümayiş etdirdi. Hesabatda bildirilir ki, 2018-ci ilin ikinci yarısında ölkə sənayesinin xammal hissəsində də canlanma müşahidə olunacaq.
Sənəddə o da qeyd edilir ki, Azərbaycan qazının TANAP boru kəməri ilə Türkiyəyə, daha sonra Avropaya tədarükünü nəzərdə tutan “Cənub qaz dəhlizi” sisteminin nəql gücünün istismara verilməsi Azərbaycanın tədiyə balansını yaxşılaşdırmağa, iqtisadiyyatın xammal hissəsinin artım göstəricisini möhkəmləndirməyə imkan verəcək.

 

Tam müstəqil siyasətin bəhrəsi

 

Bütün göstəricilərə əsasən deyə bilərik ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olacaq. Təsadüfi deyil ki, artıq beynəlxalq reytinq də ölkəmizin vəziyyətinin yaxşı olduğunu göstərir və respublikamız daha yüksək yerlər tutmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı harmonik inkişaf edir və şaxələnmişdir. Bu da ölkədə tam müstəqil siyasətin aparılmasının bariz nümunəsidir.
Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkə boyu infrastrukturun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM