Alternative content

00:21 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər yekunlaşıb
“Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər yekunlaşıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:07 28.07.2018

 

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, “Güzəştli mənzil” sistemi vasitəsilə mənzillərin seçimi zamanı bərabər şəraitin yaradılması, şəffaflığın və operativliyin təmin edilməsi üçün MİDA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti şirkət və qurumlarla birlikdə yaranmış nasazlıqları aradan qaldıraraq sistemin fəaliyyətinin təkmilləşdirilməsini həyata keçirib.

“Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülüb. O cümlədən MİDA tərəfindən “Ernst & Young” nüfuzlu beynəlxalq audit şirkəti cəlb edilərək “Güzəştli mənzil” sisteminin Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutunun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması (“Trust Services” meyarları) kimi qabaqcıl beynəlxalq standartlara əməl olunması üzrə yoxlamalar keçirilib. Cari il iyulun 20-də “Ernst & Young” şirkəti “Güzəştli mənzil” sisteminin qeyd edilən tələblərə cavab verməsi ilə bağlı həyata keçirdiyi qiymətləndirməni başa çatdırıb və əldə olunmuş nəticələrə dair “SOC 2” və “SOC 3” rəylərini təqdim edib. Aparılmış yoxlamalar nəticəsində “Güzəştli mənzil” sisteminin etibarlığı və əsasnaməsində qeyd olunan məqsəd və fəaliyyət prinsiplərinə uyğunluğu təsdiqlənib.

Məlumat üçün bildirək ki, SOC (Service Organization Controls) - elektron xidmət göstərən təşkilatlarda daxili nəzarət sistemlərinin effektivliyi haqqında hesabatlar toplusudur. “SOC 2” və “SOC 3”, “WebTrust” və “SysTrust”ın mövcud 5 prinsipinə (təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və icazəsiz girişdən müdafiə) əsaslanan ictimai hesabatlardır. Bu rəyləri əldə edən təşkilatlar sırasında elektron xidmət göstərən “Google” və “Amazon” kimi dünyanın qabaqcıl şirkətləri vardır.